• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23° Weather Columbus
$
1.7
€
1.968
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Putin “çıxaq” dedi, Paşinyan “çıxın” demədi, bunun 3 səbəbi var

02 Sentyabr, 26 / 14:38
A A

Bişkekdə Rusiya Prezidenti Vladimir Putin Ermənistanın qarşısına çox açıq bir sual qoydu. Gümrüdəki 102-ci Rusiya hərbi bazasının çıxarılması ilə bağlı Putin jurnalistin sualına cavabında bildirdi ki, əgər Ermənistan hesab edirsə ki, Rusiyanın hərbi bazası ona lazım deyil, biz hətta sabah gedərik.

Ardınca əlavə etdi ki, heç kimə heç nəyi zorla qəbul etdirməyəcəyik. Bu, əslində, topun Moskvanın meydanından İrəvanın meydanına atılması idi. Putin məsələni açıq şəkidlə qoydu. Bildirdi ki, baza Ermənistana lazımdırsa, qalırıq, lazım deyilsə, gedirik.

O zaman belə bir sual yaranır: Paşinyan niyə “çıxın” demədi? Doörudur, Putin bu fikirləri Paşinyanla müzakirədə demədi, jurnalistə cavabında dilə gətirdi. Məsələ ondadır ki, Paşinyan istəsəydi, xüsusi mətbuat konfransı keçirib fikrini bildirə bilərdi. Yaxud da ən azından öz sosial media hesablarında münasibət açıqlayardı. Bunun heç biri olmadı.

Analitiklərə görə, bunun ən azı üç ciddi səbəbi var.

Birinci səbəb odur ki, Paşinyan Rusiyanın qapısını tam bağlamaq istəmir. Paşinyanın son illərdə Rusiyadan məsafə saxlamaq siyasəti açıq görünür. Amma məsafə saxlamaq münasibətləri tam qoparmaq anlamına gəlmir. Bişkekdə də bunun əlaməti açıq göründü. Paşinyan Putinlə görüşdə Ermənistanın Rusiya ilə münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirdi və münasibətlərə yeni yanaşmanın lazım gəldiyini söylədi.

Deməli, İrəvanın hazırkı siyasəti “Rusiya ilə hər şeyi bitirmək” xətti üzrə istiqamətlənməyib. Görünən odur ki, Rusiyadan asılılığı azaltmaq, amma Moskva ilə bütün körpüləri yandırmamaq Ermənistanın hazırki prioritetidir. Gümrüdəki baza məsələsində “çıxın” demək isə həmin körpülərdən birini çox ciddi şəkildə yandırmaq olardı. Paşinyan bunu etmək istəmir. Çünki Ermənistanın Rusiya ilə yalnız hərbi deyil, iqtisadi, enerji və digər sahələrdə də ciddi əlaqələri qalır. Bu səbəbdən Paşinyan üçün ən rahat mövqe qapını açıq saxlamaqdır.

İkinci səbəb odur ki, Paşinyan “çıxın” dedikdən sonra gələn sualdan qorxur. Rusiya rahat şəkildə prosesləri izləyəcəkmi?
Çünki Rusiyanın xarici işlər naziri Sergey Lavrov bundan öncə Avropa Birliyi ilə bağlı məsələdə Ermənistana Ukraynanı xatırlatmışdı. Təhlillər göstərir ki, əsl problem Rusiyanın Gümrüdən çıxması deyil, Rusiya çıxdıqdan sonra yaranacaq boşluqdur. Paşinyan Rusiyanın hərbi mövcudluğunun azalmasını istəyə bilər. Amma siyasətdə istəmək başqa, alternativ yaratmaq başqadır.

Ermənistan son illərdə Avropa İttifaqı, ABŞ, Fransa və Hindistanla təhlükəsizlik əlaqələrini genişləndirib. Lakin bunların heç birinin Gümrüdəki Rusiya bazasının yaratdığı təhlükəsizlik mexanizmini birbaşa əvəz etdiyi barədə İrəvanın hazır modeli yoxdur.

Paşinyan mart ayında da Rusiya hərbi bazasının Ermənistanın Avropa istiqamətinə mane olmadığını bildirmişdi. Fevralda isə İrəvanın 102-ci bazanın çıxarılması ilə bağlı planının olmadığını demişdi. Deməli, Paşinyan üçün “Rusiya getsin” demək çox ağırdı, hətta siyasi baxımdan böyük riskdir.

Üstəlik, Gümrüdəki baza ətrafında iqtisadi və sosial əlaqələr də formalaşıb. 2026-cı ilin iyununda Ermənistan mediasında bazada çalışanlarla və baza ətrafındakı bizneslərlə bağlı məsələlərin seçki kampaniyası kontekstində də gündəmə gəldiyi görünürdü. Yəni Rusiya çıxarsa, yalnız hərbi xəritədə dəyişiklik olmayacaq. Ünvan olaraq Gümrüdə, ümumən isə Ermənistanın siyasətində və cəmiyyətində də ciddi nəticələr yarana bilər.
Üçüncü səbəb isə odur ki, Paşinyan məsuliyyəti öz üzərinə götürmək istəmir. Bəlkə də ən mühüm səbəb budur. Putin çox ağıllı şəkildə bütün məsuliyyəti Ermənistanın üzərinə qoydu. “İstəyirsinizsə, gedək” dedi. İndi Paşinyan “çıxın” desə, sabah Rusiyanın Ermənistandan çıxmasının bütün siyasi məsuliyyəti İrəvanın üzərində olacaq. Bundan sonra Ermənistan daxilində hər hansı təhlükəsizlik problemi, iqtisadi çətinlik, siyasi gərginlik yaranarsa, müxalifətin, Rusiyayönümlü kəsiminin əli güclənəcək. “Rusiyanı kim çıxardı?” sualının hər kəs bildiyi cavabı “Paşinyan” olacaq. Paşinyan isə görünür, belə bir məsuliyyəti öz üzərinə götürməyə hazır deyil. Ona görə də daha rahat yol seçilir: Rusiyadan uzaqlaşmaq, amma “Rusiyanı biz çıxardıq” görüntüsü yaratmamaq istəyir. Bu, Paşinyanın son illərdəki siyasətinin əsas xüsusiyyətlərindən biri kimi görünür.\modern.az\

Bənzər Xəbərlər

Dünya

Rusiya hərbi bazasını Ermənistandan çıxara bilər

Sentyabr 2, 2026
Dünya

Türkiyədə iki gəmi toqquşdu, 10 nəfərdən xəbər yoxdur

Sentyabr 2, 2026
Dünya

Pentaqonda QALMAQAL: 4 general İrana görə Heqsetə QARŞI ÇIXDI

Sentyabr 2, 2026
Dünya

Putin danışdı, onlar isə yatdı – VİDEO

Sentyabr 1, 2026
Dünya

Belçikada elektrikli skuterlərlə bağlı qaydalar sərtləşdirildi

Sentyabr 1, 2026
KALININGRAD REGION, RUSSIA – AUGUST 11, 2021: BTR-80 amphibious armoured personnel carriers released from the Minsk large landing ship during an amphibious landing exercise held by naval infantry units of the Russian Baltic and Northern Fleets, in the Baltic Sea; over 70 items of military hardware and more than 500 naval infantry officers are taking part in the drill. Pictured L is the Mordoviya air-cushioned landing craft. Vitaly Nevar/TASS

Ðîññèÿ. Êàëèíèíãðàäñêàÿ îáëàñòü. Ìàëûé äåñàíòíûé êîðàáëü íà âîçäóøíîé ïîäóøêå "Ìîðäîâèÿ" (ñëåâà), áîëüøîé äåñàíòíûé êîðàáëü "Ìèíñê" è âûñàäêà äåñàíòà íà ÁÒÐ-80 â Áàëòèéñêîì ìîðå âî âðåìÿ áàòàëüîííî-òàêòè÷åñêèõ ó÷åíèé ìîðñêèõ ïåõîòèíöåâ Áàëòèéñêîãî è Ñåâåðíîãî ôëîòîâ.  ìåðîïðèÿòèè áîåâîé ïîäãîòîâêè çàäåéñòâîâàíî áîëåå 70 åäèíèö áîåâîé òåõíèêè è ñâûøå 500 ìîðñêèõ ïåõîòèíöåâ. Âèòàëèé Íåâàð/ÒÀÑÑ
Dünya

Rusiyanın hərbi gəmiləri Arktikaya yola düşdü – Şimal Dəniz Yolu əsas hədəfdir

Avqust 31, 2026

XƏBƏR LENTİ

Rusiya hərbi bazasını Ermənistandan çıxara bilər

02 Sentyabr, 26 / 15:33

Qarabağda nə qədər ərazi minalardan təmizlənib? – AÇIQLANDI

02 Sentyabr, 26 / 15:19

Ermənistanda daha bir vəzifəli şəxs həbs edildi

02 Sentyabr, 26 / 15:06

Regionlarda həkim çatışmazlığına son qoyulur – Əlavə pul ödəniləcək

02 Sentyabr, 26 / 14:51

Putin “çıxaq” dedi, Paşinyan “çıxın” demədi, bunun 3 səbəbi var

02 Sentyabr, 26 / 14:38

Kəngərli, Sarıcalı və Xıdırlı sakinlərinin nəzərinə! – Müraciətlər başladı

02 Sentyabr, 26 / 14:25

Səhiyyə Nazirliyindən yeni qərar: 3 dərman siyahıya salındı

02 Sentyabr, 26 / 14:10

Həkimlərin maaşı 3000 manat olacaq – Anar Bayramov

02 Sentyabr, 26 / 13:56

Karyera, sevgi, pul – Bürclər üçün kritik tarixlər hansıdır?

02 Sentyabr, 26 / 13:42

Prezident: 3 500-dən çox Azərbaycan vətəndaşı minalardan zərər çəkib

02 Sentyabr, 26 / 13:28
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.