• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23° Weather Columbus
$
1.7
€
1.968
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Kəngərli, Sarıcalı və Xıdırlı sakinlərinin nəzərinə! – Müraciətlər başladı

02 Sentyabr, 26 / 14:25
A A

Ağdam rayonunun Kəngərli, Sarıcalı və Xıdırlı kəndləri üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) – eagro.az saytı vasitəsi ilə növbəti müraciətlərin qəbuluna başlanılıb.

Cagdas.az xəbər verir ki, Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərində məskunlaşan və yaşayan sakinlərdən sentyabrın 1-dən başlanan müraciətlərin qəbulu prosesi 2026-cı ilin oktyabr ayının 1-i, günün sonunadək davam edəcək.

Kəngərli, Sarıcalı və Xıdırlı kəndləri üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanının 4.1-ci bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli 544 nömrəli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”na əsasən həyata keçirilir.

Torpaq sahələri minimum 5 ha təşkil etməklə dəmyə (suvarılmayan) ərazilər olub, əkin üçün uyğun kənd ətrafında yerləşən torpaqlardır. Bu kəndlərdə dənli bitkilərdən buğda, arpa, qarğıdalı (dən və silos), vələmir, çovdar, tritikale, qarabaşaq, meyvə və giləmeyvələrdən şaftalı, nektarin, ərik, nar, şabalıd, alma, xurma, armud, gilas, qoz, zeytun, badam, püstə, fındıq, üzüm (süfrə və texniki), mavigilə, çiyələk, qarağat, aroniya, moruq, texniki bitkilərdən günəbaxan, şəkərçuğunduru, pambıq, yem bitkilərindən olan yonca, xaşa, müxtəlif ot qarışıqlarından (vika, yulaf, arpa, çovdar), tərəvəz bitkilərindən pomidor, xiyar, badımcan, bibər, kartof, soğan, sarımsaq, tərəvəz lobyası, mətbəx çuğunduru, kök və kələm, paxlalı bitkilərdən isə noxud, mərcimək və soyanın əkilməsi nəzərdə tutulur.

Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərinə köçən sakinlər aşağıdakı arıdıcıllıqla torpaqlarda güzəştli qaydada əkinlərin aparılması məqsədi ilə istifadəsi üçün müraciət edə bilərlər:

EKTİS-də qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer elektron kabinetinə sahib olmaq)

Elektron kabinet “Müraciətlərim” bölməsində “torpaq icarəsinə müraciət” – “Kəngərli”, “Xıdırlı” və “Sarıcalı” seçməklə ərizə formasını doldurmaq.

Şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerindən asılı olmayaraq faktiki yaşayış yerinin Kəngərli, Xıdırlı və ya Sarıcalı kəndi olduğunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “e-polis” tətbiqində qeyd etmək.

Qeyd edək ki, müraciət edən şəxslər ilə təlimlərin keçirilməsi, müqavilələrin imzalanması və ərazilərin yerində tanıdılması 2026-cı ilin oktyabr ayından etibarən həyata keçiriləcək. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.

Fermerlər əlavə məlumat üçün Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinə (051-950-24-29, 050-648-09-22) müraciət edə bilər.\musavat.com\

Bənzər Xəbərlər

Cəmiyyət

Qarabağda nə qədər ərazi minalardan təmizlənib? – AÇIQLANDI

Sentyabr 2, 2026
Cəmiyyət

Ermənistanda daha bir vəzifəli şəxs həbs edildi

Sentyabr 2, 2026
Cəmiyyət

Regionlarda həkim çatışmazlığına son qoyulur – Əlavə pul ödəniləcək

Sentyabr 2, 2026
Cəmiyyət

Səhiyyə Nazirliyindən yeni qərar: 3 dərman siyahıya salındı

Sentyabr 2, 2026
Cəmiyyət

Həkimlərin maaşı 3000 manat olacaq – Anar Bayramov

Sentyabr 2, 2026
Cəmiyyət

Prezident: 3 500-dən çox Azərbaycan vətəndaşı minalardan zərər çəkib

Sentyabr 2, 2026

XƏBƏR LENTİ

Rusiya hərbi bazasını Ermənistandan çıxara bilər

02 Sentyabr, 26 / 15:33

Qarabağda nə qədər ərazi minalardan təmizlənib? – AÇIQLANDI

02 Sentyabr, 26 / 15:19

Ermənistanda daha bir vəzifəli şəxs həbs edildi

02 Sentyabr, 26 / 15:06

Regionlarda həkim çatışmazlığına son qoyulur – Əlavə pul ödəniləcək

02 Sentyabr, 26 / 14:51

Putin “çıxaq” dedi, Paşinyan “çıxın” demədi, bunun 3 səbəbi var

02 Sentyabr, 26 / 14:38

Kəngərli, Sarıcalı və Xıdırlı sakinlərinin nəzərinə! – Müraciətlər başladı

02 Sentyabr, 26 / 14:25

Səhiyyə Nazirliyindən yeni qərar: 3 dərman siyahıya salındı

02 Sentyabr, 26 / 14:10

Həkimlərin maaşı 3000 manat olacaq – Anar Bayramov

02 Sentyabr, 26 / 13:56

Karyera, sevgi, pul – Bürclər üçün kritik tarixlər hansıdır?

02 Sentyabr, 26 / 13:42

Prezident: 3 500-dən çox Azərbaycan vətəndaşı minalardan zərər çəkib

02 Sentyabr, 26 / 13:28
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.