Rusiya prezidentinin təyyarəsi Hindistanın Palam Hərbi Hava Qüvvələri bazasına eniş edib.
Cagdas.az TASS-a istinadən bildirir ki, Hindistanın baş naziri Narendra Modi dövlət səfəri çərçivəsində ölkəyə gələn Rusiya Prezidenti Vladimir Putini təyyarənin pilləkənlərində şəxsən qarşılayıb.
Rusiya liderinin təyyarəsi Palam Hərbi Hava Qüvvələri bazasına enib. Liderlər qırmızı xalçanın ortasında görüşərək möhkəm əl sıxıblar və qucaqlaşıblar.
Hərbi hava bazasının dövlət terminalında Rusiya və Hindistan bayraqları qaldırılıb, həmçinin Rusiya Prezidentinə həsr olunmuş xüsusi qarşılama kompozisiyası hazırlanıb.
Qısa söhbətdən sonra Putin və Modi hazırlanan ekspozisiyaya doğru irəliləyiblər. Burada sari geyimli hind rəqqasələri onlar üçün çıxış ediblər.
Dövlət başçısını qarşılayan Rusiya nümayəndə heyətində Kremlin mətbuat katibi Dmitri Peskov, “Rosneft”in baş direktor Erik Seçin və Rusiyanın Hindistandakı səfiri Denis Alipov da daxil olmaqla bir sıra rəsmilər yer alıb.


