Aleksey Batrakov transferindən sonra hücum xəttini gücləndirməyə yönələn Galatasarayın Ermedin Demiroviç üçün ciddi addım atdığı iddia olunur.
Sarı-qırmızılıların Almaniyanın VfB Stuttgart klubunda çıxış edən 28 yaşlı hücumçu ilə razılığa gəldiyi, klubla danışıqlarda isə anlaşmaya yaxın olduğu bildirilir.
Çağdaş.Az xəbər verir ki, Türkiyə mətbuatında yayılan xəbərlərə görə, Qalatasaray Demiroviç üçün Stuttgart-a ilk olaraq 15 milyon avroluq təklif göndərib. Alman klubu bu təklifi qəbul etmədikdən sonra İstanbul təmsilçisi məbləği artırıb.
İddialara əsasən, “cim-bom” ikinci təklifini 20 milyon avroya yüksəldib və tərəflər arasında razılaşmanın əldə olunmasına yaxınlaşılıb.
Hücum xəttinə böyük güc qatacaq
Bosniya millisinin üzvü olan Demiroviç yalnız mərkəz hücumçusu kimi deyil, həm də sağ və sol cinahlarda oynaya bilir.
Futbolçu ötən mövsüm Stuttgart forması ilə 38 oyunda meydana çıxıb, 15 qol vurub və 5 məhsuldar ötürmə verib. Beləliklə, ümumilikdə 20 qola birbaşa töhfə verib.
Əgər transfer baş tutarsa, Qalatasaray Aleksey Batrakovdan sonra hücum xəttinə daha bir ciddi ulduz əlavə etmiş olacaq.
Yeni mövsüm öncəsi bu addım Super Liqada rəqabətin daha da qızışacağına işarə edir.
















