• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
18.4° Weather Columbus
$
1.7
€
1.9877
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Rusiya seçkilərində İLGİNC “erməni ssenarisi”

21 Avqust, 26 / 14:38
A A

Rusiya Federasiya Şurasının Dövlət Suverenliyinin Qorunması Komissiyasının rəhbəri Vladimir Cabarov Telegram kanalında, Qərbin son iki ildə “Moldova və Ermənistanda seçkilərə təsir göstərmək üçün yeni metodlar hazırladığını və bu metodları sonradan Rusiyada tətbiq etməyi hədəflədiyini” iddia edib.

Britaniya üçün elə də ağıllı variant deyil..?"

“Bakı-Xəbər” yazır ki, onun sözlərinə görə, Dövlət Dumasına seçkilər zamanı xaricdəki seçki məntəqələrində saxta sorğular və saxta exit-polllar da daxil olmaqla təxribatlar təşkil edilə bilər. Cabarov Qərb mediasının bu məlumatlara əsaslanaraq, səsvermə başa çatmamışdan əvvəl seçkiləri “saxtakarlıq” və qeyri-legitim elan edə biləcəyini deyib.

Senator həmçinin xaricdə yaşayan ruslar arasından rəy sorğuları və təşviqat aparmaq üçün könüllülərin cəlb olunduğunu iddia edib. Bundan əlavə, o, birbaşa seçki məntəqələrində təxribatların, o cümlədən korlanmış bülletenlərin, təkbaşına piketlərin və müşahidəçilər vasitəsilə seçki komissiyası üzvlərini təhrik etmək cəhdlərinin mümkünlüyü barədə də xəbərdarlıq edib. Cabarov iddia edir ki, Rusiya və xarici media, sosial şəbəkələrdə paralel olaraq seçkiləri nüfuzdan salmağa yönəlmiş tənqidi gündəm formalaşdırılacaq.

Ölkədə qadağan olunmuş Korrupsiyaya Qarşı Mübarizə Fondunun bu cür fəaliyyətlərlə məşğul olduğunu deyən rusiyalı senator, fondun əvvəllər 1 milyon dollarlıq “avans”dan sonra bu məqsədlər üçün əlavə 1,5 milyon dollardan çox vəsait aldığını bildirir. O, habelə qeyd edib ki, Rusiya seçkilərinə müdaxilə layihələri Avropa Parlamentində və AŞPA-da açıq şəkildə təqdim olunur və Qərb ölkələrindən maliyyə, təşkilati və informasiya dəstəyi alır. Qeyd edək ki, Dövlət Dumasına seçkilər sentyabrın 20-də keçiriləcək.

Rusiyada parlament seçkilərində 11 siyasi partiya iştirak edəcək

Senatorun dedikləri nə dərəcədə real görünür? Qərb Rusiyadakı seçkilərə müdaxilə və ya təsir edə bilərmi?

Cagdas.az bildiriri ki Professor Fikrət Yusifov Musavat.com-a bildirib ki, Rusiya postsovet ölkələrində keçirilən seçkilərə hər dəfə kobud müdaxilələrlə yadda qalıb. Onun sözlərinə görə, Rusiya imperiyası hesab edir ki, onun maraq dairəsində olan ölkələrdə parlament və prezident seçkilərində ruspərəstlər qalib gəlməlidirlər.

“Buna dair çoxsaylı nümunələr gətirmək mümkündür. Məsələn, Ukraynada, Moldovada, Gürcüstanda bu illər ərzində keçirilən prezident və parlament seçkilərində çirkin oyunlardan çəkinməyiblər. İndi isə Rusiyada parlament seçkiləri yaxınlaşır və Kreml anlayır ki, cəmiyyətdə vəziyyət təhlükəlidir. Ukraynaya qarşı aparılan işğalçı müharibənin fiaskosu və müharibənin Rusiya ərazisinə transfer edilməsi Putinə və komandasına böyük bir nifrət yaradıb. PUA hücumları nəticəsində yaranan yanacaq qıtlığı rusiyalıları məmnun edə bilməz”.

Fikrət Yusifov: "İranda islahatların aparılması üçün hakimiyyət  dəyişməlidir" - VİDEO - Primeinfo.az

Fikrət Yusifov qeyd edib ki, əgər demokratik parlament seçkiləri keçirilərsə, hakim partiya uduzacaq: “Ona görə də seçkiöncəsi Putin hökuməti təbliğat maşınını tam gücü ilə işə salmağa çalışır. İnsanların beyninə indidən yeritmək istəyirlər ki, baxın, Qərb seçkilərə yeni üsullarla müdaxilə edəcək, ona görə hazır olmalıyıq. Bunun “qara məni basınca, qoy qaranı mən basım” deyimi kimi izah edilməlidir”.

Həmsöhbətimizin fikrincə, seçkilərə müdaxiləyə ehtiyac yoxdur: “Qərb yaxşı bilir ki, normal seçki keçirilərsə, hakim partiya məğlub olacaq. Ona görə də Kreml hər vəchlə seçkiləri saxtalaşdıracaq. Qərb isə monitorinq edərək seçkilərdə saxtakarlığın ölçülərini müəyyənləşdirəcək”.

Bənzər Xəbərlər

Cəmiyyət

İranın Zəngəzur “sancısı” BUNA GÖRƏ imiş…

Avqust 21, 2026
Cəmiyyət

Məşhur analitik mərkəzdən ABŞ və Avropa üçün bədbin proqnoz: Yaxın 10 ildə…

Avqust 21, 2026
Cəmiyyət

“Çoban məsuliyyəti” – düşünməyə çağıran kitab

Avqust 21, 2026
Cəmiyyət

Çiyin ağrısını yorğunluq saymayın – Səhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir

Avqust 21, 2026
Cəmiyyət

Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu

Avqust 21, 2026
Cəmiyyət

İtkin-şəhid Akif Qurbanovun dəfn mərasimi keçirilir

Avqust 21, 2026

XƏBƏR LENTİ

İranın Zəngəzur “sancısı” BUNA GÖRƏ imiş…

21 Avqust, 26 / 15:29

Məşhur analitik mərkəzdən ABŞ və Avropa üçün bədbin proqnoz: Yaxın 10 ildə…

21 Avqust, 26 / 15:15

Qalatasaraydan Super Liqanı silkələyəcək transfer - 20 milyonluq HÜCUMÇU

21 Avqust, 26 / 15:01

“Çoban məsuliyyəti” – düşünməyə çağıran kitab

21 Avqust, 26 / 14:52

Rusiya seçkilərində İLGİNC “erməni ssenarisi”

21 Avqust, 26 / 14:38

Çiyin ağrısını yorğunluq saymayın – Səhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir

21 Avqust, 26 / 14:24

Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu

21 Avqust, 26 / 14:10

İtkin-şəhid Akif Qurbanovun dəfn mərasimi keçirilir

21 Avqust, 26 / 13:56

Kəlbəcərə dolu düşüb

21 Avqust, 26 / 13:42

Pensiya ilə bağlı mühüm anons: yığılan pulu tez almaq üçün…

21 Avqust, 26 / 13:28
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.