• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23.6° Weather Columbus
$
1.7
€
1.9765
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Qarabağdakı kütləvi məzarlıqlar sirləri açır – yeni həbslər gəlir

04 Sentyabr, 26 / 10:17
A A

İşğaldan azad edilmiş ərazilərdə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən kütləvi məzarlıqların aşkarlanması davam edir.

Son məlumatlara görə, 30 avqust 2026-cı ilədək belə məzarlıqların sayı 32-yə çatıb. Məzarlıqlardan çıxarılan qalıqlar üzrə aparılan molekulyar-genetik ekspertizalar nəticəsində 30 iyun 2026-cı il tarixinədək 327 itkin şəxsin kimliyi müəyyənləşdirilib, onlardan 226-sının qalıqları ailələrinə təhvil verilib.

Diqqətçəkən faktlardan biri Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlıqdır. 2022-ci ildə həmin fakt üzrə Hərbi Prokurorluqda cinayət işi başlanıb.

İndi cəmiyyəti  maraqlandıran məsələ odur ki, aşkarlanan kütləvi məzarlıqlarla bağlı cinayət işləri açılırmı, bu məsələdə beynəlxalq konvensiyalara əsaslanaraq cinayəti törətmiş şəxslər məsuliyyətə cəl edilə bilərlərmi.

Cagdas.az xəbər veriri ki Milli Məclisin deputatı Kamran Bayramov Modern.az-a açıqlamasında bildirib ki, işğaldan azad edilmiş ərazilərdə Birinci Qarabağ müharibəsi dövrünə aid kütləvi məzarlıqların aşkarlanması humanitar məsələ olmaqla yanaşı, milli qanunvericilik, həm də beynəlxalq hüquq müstəvisində hüquqi nəticələr doğuran kompleks prosesdir.

Deputatın sözlərinə görə, belə faktlar fərdi məişət cinayətləri kimi deyil, kütləvi və sistematik xarakter daşıyan cinayətlərin tərkib hissəsi kimi hüquqi qiymətləndirməyə məruz qala bilər.

K. Bayramov bildirib ki, Azərbaycan Cinayət Məcəlləsində nəzərdə tutulan sülh və insanlıq əleyhinə cinayətlər və müharibə qanunları və adətlərinin pozulması ilə bağlı müddəalar ayrı-ayrı ölüm faktlarının vahid cinayət işi çərçivəsində müxtəlif epizodlar formasında araşdırılmasına imkan verir.

Deputatın sözlərinə görə, Baş Prokurorluğun apardığı istintaq çərçivəsində aşkarlanan hər yeni məzarlıq və insan qalıqları ayrıca cinayət işi kimi deyil, mövcud cinayət işi üzrə yeni epizod və ya sübut materialı kimi qiymətləndirilə bilər.

Bayramov bunu qurbanların eyni tarixi dövrdə və oxşar şəraitdə öldürülməsi, eləcə də faktlar arasında mümkün əlaqələrin araşdırılması zərurəti ilə izah edib.

İstintaq bir neçə mərhələdə aparılır

Kamran Bayramov bildirib ki, belə halların araşdırılması çoxmərhələli prosedur tələb edir.

Onun sözlərinə görə, ilk mərhələdə ərazinin təhlükəsizliyi, o cümlədən minatəmizləmə təmin edildikdən sonra prokurorluq əməkdaşlarının, məhkəmə-tibbi ekspertlərin, arxeoloqların və genetiklərin iştirakı ilə hadisə yerinə baxış keçirilir.

Məzarlığın sərhədləri müəyyənləşdirilir, torpaq qatları sistemli şəkildə araşdırılır, aşkar edilən insan qalıqlarının və digər maddi sübutların yerləşməsi sənədləşdirilir, foto və video qeydə alınır.

İkinci mərhələdə insan qalıqlarının eksqumasiyası və laborator müayinəsi həyata keçirilir. Fiziki-antropoloji və digər ekspertizalar vasitəsilə qurbanların cinsi, təxmini yaşı və digər göstəricilər, həmçinin ölümün mümkün mexanizmi və səbəbləri araşdırılır. Paralel olaraq DNT profilləri çıxarılır.

Üçüncü mərhələdə əldə edilən DNT profilləri itkin düşmüş şəxslərin yaxın qohumlarından əvvəlcədən toplanmış genetik məlumatlarla müqayisə edilir. Uyğunluq müəyyənləşdirildikdə şəxsiyyət təsdiqlənir.

Deputat qeyd edib ki, paralel olaraq şahid ifadələri, arxiv sənədləri, topoqrafik xəritələr və keçmiş hərbçilərdən alınmış məlumatlar da digər sübutlarla müqayisə edilir.

Bayramovun fikrincə, vahid istintaq çərçivəsində toplanan sübutlar, o cümlədən müvafiq hərbi hissələrin yerləşməsi, əmr verən şəxslər və əraziyə nəzarət edən komandirlər barədə məlumatlar konkret şəxslərin cinayət məsuliyyəti məsələsinin araşdırılması üçün hüquqi baza yarada bilər.

Deputat hesab edir ki, kifayət qədər hüquqi və sübut bazası formalaşdığı halda, bu materiallar gələcəkdə milli məhkəmələrdə və ya müvafiq beynəlxalq hüquqi instansiyalarda məsuliyyət məsələsinin qaldırılmasına əsas ola bilər.

Hüquqşünas, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev də məsələ ilə bağlı fikirlərini bölüşüb.

Əliməmməd Nuriyev bildirib ki, açıq rəsmi məlumatlarda aşkarlanmış 32 kütləvi məzarlıqla əlaqədar konkret neçə cinayət işi üzrə ibtidai istintaq aparıldığı və bu işlərin neçə ayrıca faktı əhatə etdiyi barədə ümumiləşdirilmiş statistika açıqlanmayıb.

Onun sözlərinə görə, buna görə də konkret rəqəm söyləmək düzgün olmaz:

“Kütləvi məzarlıqların sayı ilə cinayət işlərinin sayı arasında birbaşa uyğunluq yoxdur. Kütləvi məzarlıq faktiki aşkarlanma yeridir, cinayət işi isə prosessual icraatdır. Bir məzarlıqda bir neçə və ya onlarla şəxsin qalıqları aşkarlana bilər və onların ölümü ilə bağlı hallar eyni cinayət işi çərçivəsində araşdırıla bilər”.

Hüquqşünas qeyd edib ki, əksinə, bir cinayət işi müxtəlif yerlərdə və fərqli vaxtlarda baş vermiş, lakin faktiki və hüquqi baxımdan bir-birilə əlaqəli çoxsaylı əməlləri də əhatə edə bilər.

Ə. Nuriyevin sözlərinə görə, “cinayət epizodu” anlayışı konkret hadisəni və ya bir-birilə əlaqəli əməllərin müəyyən hissəsini fərqləndirmək üçün istifadə olunur və hər epizod ayrıca cinayət işi demək deyil.

“Bir cinayət işində çoxsaylı epizodlar ola bilər. Baş Prokurorluğun ayrı-ayrı kütləvi məzarlıqlarla bağlı yaydığı məlumatlardan görünür ki, aşkarlanmış faktlar üzrə zəruri prosessual hərəkətlər və ekspertizalar aparılır, toplanmış materiallar isə istintaqı davam etdirilən cinayət işlərinə əlavə olunur. Prosessual əsaslar olduğu halda cinayət işlərinin bir icraatda birləşdirilməsi və ya müəyyən hissəsinin ayrıca icraata ayrılması da mümkündür”.

Əliməmməd Nuriyev hesab edir ki, kütləvi məzarlıqlarla bağlı ümumiləşdirilmiş statistikanın ictimaiyyətə açıqlanması faydalı olardı.

Onun fikrincə, 32 kütləvi məzarlıq üzrə neçə cinayət işinin araşdırıldığı, neçə ölüm faktının başvermə şəraitinin müəyyənləşdirildiyi, neçə şəxs barəsində cinayət təqibinin həyata keçirildiyi və hansı faktların artıq məhkəməyə göndərilmiş işlərdə əksini tapdığı barədə məlumatların təqdim edilməsi ictimai maraq baxımından əhəmiyyətlidir.

Nuriyev eyni zamanda bu istiqamətdə aparılan istintaqın Baş prokurorun xüsusi nəzarətində olduğunu və bunun üçün xüsusi istintaq qrupunun yaradıldığını bildirib. Onun qiymətləndirməsinə görə, araşdırmalar peşəkar səviyyədə aparılır.

“Hər qurban üzrə fakt ayrıca sübut olunmalıdır”

Hüquqşünas vurğulayıb ki, hər bir qurbanın şəxsiyyəti, ölüm faktı, ölümün səbəbi və şəraiti fərdi qaydada müəyyənləşdirilməli və sübut olunmalıdır.

Lakin bu, hər bir qurban üzrə ayrıca cinayət işinin aparılması anlamına gəlmir:

“Məsələn, bir kütləvi məzarlıqdan 20 nəfərin qalıqları çıxarılıbsa, bu, avtomatik olaraq 20 cinayət işinin başlanmasını tələb etmir. Əgər həmin şəxslərin öldürülməsinin eyni hadisə ilə, eyni şəxslər tərəfindən və ya silahlı birləşmələrin fəaliyyəti ilə əlaqəli olduğuna dair əsaslar varsa, bu faktlar bir cinayət işi çərçivəsində ayrı-ayrı qurbanlar və əməllər üzrə araşdırıla bilər”.

Nuriyevin sözlərinə görə, əsas məsələ cinayət işlərinin sayı deyil, hər bir qurban və hər bir ölüm hadisəsi üzrə baş verənlərin ayrıca sübuta yetirilməsidir.

İstintaq zamanı şəxsin nə vaxt və hansı şəraitdə itkin düşdüyü, əsir və ya girov götürülüb-götürülmədiyi, harada saxlanıldığı, nə zaman və hansı səbəbdən öldüyü və ya öldürüldüyü müəyyənləşdirilməlidir.

Hüquqşünas bildirib ki, ölüm faktında cinayət əlamətlərinin olub-olmaması və belə əlamətlər varsa, kimlərin fərdi cinayət məsuliyyətinə cəlb edilə biləcəyi də araşdırmanın predmetidir.

DNT yalnız “bu şəxs kimdir?” sualına cavab verir

Əliməmməd Nuriyev kütləvi məzarlığın aşkarlanmasını istintaq baxımından başlanğıc nöqtə adlandırıb.

Onun sözlərinə görə, ilk mərhələdə hadisə yerinin vəziyyəti prosessual qaydada qeydə alınır, insan qalıqlarının yerləşməsi sənədləşdirilir və ekskumasiya həyata keçirilir. Qalıqlarla birlikdə aşkarlanan geyimlər, şəxsi əşyalar, güllə və mərmi fraqmentləri, bağlama vasitələri və digər maddi izlər götürülərək tədqiq edilir.

Daha sonra məhkəmə-tibbi, molekulyar-genetik və konkret faktlardan asılı olaraq digər ekspertizalar aparılır. İnsan qalıqlarından əldə edilən DNT profilləri itkin düşmüş şəxslərin yaxın qohumlarından götürülmüş nümunələrlə müqayisə edilir.

“DNT “bu şəxs kimdir?” sualına cavab verə bilər. Onun kim tərəfindən və hansı şəraitdə öldürüldüyü sualına isə istintaq sübutlarla cavab verməlidir. DNT şəxsiyyəti müəyyənləşdirir, amma onun hansı şəraitdə və necə öldürülməsi məsələsinə cavab verə bilməz.

Bunun üçün şəxsin itkin düşməsi, əsir və ya girov götürülməsi barədə əvvəlki məlumatların, sonuncu dəfə harada və kimlərin nəzarətində görüldüyünün, həmin dövrdə əraziyə hansı hərbi hissə və ya silahlı birləşmənin nəzarət etdiyinin araşdırılması tələb olunur.

Keçmiş əsir və girovların ifadələri, arxiv və hərbi sənədlər, əmrlər, siyahılar, foto-video materiallar, ekspertiza rəyləri və digər sübutlar qarşılıqlı şəkildə yoxlanılır.

Məhkəmə-tibbi ekspertiza vasitəsilə qalıqlarda müxtəlif xəsarətlərin və zorakılıq əlamətlərinin olub-olmamasının müəyyənləşdirilməsi də xüsusi əhəmiyyət daşıyır. Belə faktlar aşkarlanarsa, sübutlar əsasında əmələ hüquqi qiymət verilməlidir”.

Ə. Nuriyevin sözlərinə görə, müvafiq hüquqi əsaslardan asılı olaraq söhbət qəsdən öldürmə, işgəncə, qanunsuz azadlıqdan məhrumetmə və digər cinayətlərlə yanaşı, müharibə cinayətlərindən də gedə bilər.

O əlavə edib ki, yetərli sübutlar olduğu halda cinayətin təşkilində iştirak edən, əmr verən, kömək edən və digər formada iştirak edən şəxslərin fərdi cinayət məsuliyyəti də araşdırılmalıdır.

“Hər yeni məzarlıq həm də yeni sübut mənbəyidir. O, əvvəllər məlum olmayan cinayət faktını üzə çıxara və yaxud artıq istintaq aparılan cinayət üzrə yeni sübutlar verə bilər”.

Nuriyev bildirib ki, qurbanın kimliyinin müəyyənləşdirilməsi ailələr üçün onilliklərdir gözlənilən cavab olsa da, cinayət istintaqı baxımından bunun ardınca daha mürəkkəb suallar meydana çıxır: şəxsin necə və kim tərəfindən öldürüldüyü, cinayət əməllərində kimlərin fərdi məsuliyyət daşıdığı mötəbər və məhkəmədə yoxlanıla bilən sübutlarla müəyyən edilməlidir.

Bənzər Xəbərlər

Cəmiyyət

Bakının mərkəzindən GÖZLƏNİLMƏZ görüntü – Tanınmış memar ifşa etdi!

Sentyabr 4, 2026
Cəmiyyət

Qəbələ-Laza yolu keçilməz hala düşdü – (Video)

Sentyabr 4, 2026
Cəmiyyət

DTX həbs etmişdi, məhkəmə bu cəzanı verdi

Sentyabr 4, 2026
Cəmiyyət

Tam təmirli güzəştli mənzillər satışa çıxarıldı

Sentyabr 4, 2026
Cəmiyyət

Pendir müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı

Sentyabr 4, 2026
Cəmiyyət

Bakıda bu yollar bağlanacaq: Sürücülərə xəbərdarlıq

Sentyabr 4, 2026

XƏBƏR LENTİ

Bakının mərkəzindən GÖZLƏNİLMƏZ görüntü – Tanınmış memar ifşa etdi!

04 Sentyabr, 26 / 12:15

Qəbələ-Laza yolu keçilməz hala düşdü – (Video)

04 Sentyabr, 26 / 12:00

İstanbulun Rami Kitabxanası dünyanın ən yaxşı “yaşıl kitabxanası” seçildi - FOTOLAR

04 Sentyabr, 26 / 11:58

DTX həbs etmişdi, məhkəmə bu cəzanı verdi

04 Sentyabr, 26 / 11:46

Türkiyənin qədim Het Paytaxtı Hattuşa - Tarixin izi ilə / FOTOLAR 

04 Sentyabr, 26 / 11:33

Tam təmirli güzəştli mənzillər satışa çıxarıldı

04 Sentyabr, 26 / 11:25

Pendir müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı

04 Sentyabr, 26 / 11:11

Qızıl-gümüş ucuzlaşdı

04 Sentyabr, 26 / 10:58

Bakıda bu yollar bağlanacaq: Sürücülərə xəbərdarlıq

04 Sentyabr, 26 / 10:44

“Mançester Yunayted” “Sabah”la oyuna bu heyətlə çıxacaq

04 Sentyabr, 26 / 10:30
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.