Son dəqiqə
“”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat

DTX həbs etmişdi, məhkəmə bu cəzanı verdi

Cəmiyyət

Suriyada İŞİD terror təşkilatının tərkibində döyüş əməliyyatlarında iştirak etməkdə təqsirləndirilən Nicat Əzizovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Cagdas.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə oxunub.

Hökmə əsasən, Nicat Əzizov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyi bildirilib.

Qeyd edək ki, Nicat Əzizov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2025-ci ilin dekabr ayında saxlanılıb.

İttihama görə, o, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində Suriya ərazisində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə Bakıdan İstanbula, oradan isə Hatay istiqamətindən qanunsuz yolla Suriya ərazisinə keçib.

Daha sonra o, Suriyada İŞİD terror təşkilatında digər Azərbaycan vətəndaşının rəhbərlik etdiyi “Xalidin camaatı” adlı silahlı qrupun tərkibində silahlı münaqişələrə qatılıb.

N.Əzizov Azərbaycan hüdudlarından kənarda törətdiyi, həm Azərbaycan, həm də Suriya qanunvericiliyinə əsasən, cinayət sayılan əməllərə görə həmin xarici dövlət ərazisində məhkum olunmayıb.

Ona Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 218.2-ci (cinayətkar birlikdə iştirak etmə), 283-1.3-cü (ölkə hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə ittiham elan olunub.\referans media\