Ötən il dövlət büdcəsinin həm vergi, həm də qeyri-vergi gəlirlərində artım qeydə alınıb.
Cagdas.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Onun sözlərinə görə, 2025-ci ildə vergi gəlirləri əvvəlki illə müqayisədə 1,5 faiz, qeyri-vergi gəlirləri isə 10,2 faiz artıb.
V.Gülməmmədov bildirib ki, qeyri-vergi gəlirlərinin artımında əsas rolu transfertlər və digər alternativ gəlir mənbələri oynayıb.
















