İsrail ordusu, Qəzza Sektorundakı son israilli əsir olan 24 yaşlı polis əməkdaşı Ran Gvilinin meyitini aşkar edib.
Meyit Qəzza Şəhərinin şərqindəki bir qəbiristanlıqda tapılıb.
Cagdas.az xəbər verir ki, İsrail Baş naziri Benyamin Netanyahu bu hadisəni “İsrail üçün fövqəladə bir uğur” olaraq qiymətləndirib. O qeyd edib ki: “hamını geri gətirəcəyimizə söz verdik və sözümüzü tutduq. Ran İsrailin qəhrəmanıdır, ilk girən, son çıxan o idi. Geri döndü.”
Gvili, atəşkəs razılaşması çərçivəsində İsrailə təhvil verilə bilməyən son əsir olub. Onun meyitinin tapılması ilə HAMAS bütün sağ və ölü əsirləri İsrailə təhvil vermişdir.
İsrail ordusu Gvilinin meyitini tapmaq üçün təxminən 250 qəbir açıb və araşdırıb. Meyit diş və barmaq izi vasitəsilə tanınıb. Ordu bütün cəsədləri yenidən qəbiristanlığa dəfn edəcək.


