• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23.1° Weather Columbus
$
1.7
€
1.9609
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Qlobal ƏRZAQ böhranı yaxınlaşır? – Azərbaycanın ön tədbirləri

03 Avqust, 26 / 18:48
A A

Ukraynadakı və Yaxın Şərqdəki hərbi münaqişələr, həmçinin ekstremal iqlim hadisələri yeni qlobal ərzaq böhranı riskini artırır.

Cagdas.az bildirir ki, bu xəbərdarlıqla “Bloomberg” agentliyi çıxış edib.

Qeyd olunur ki, Qara dəniz bölgəsi əsas risk mənbəyi olaraq qalır. Qlobal buğda ixracının dörddə birindən çoxunu, günəbaxan yağı tədarükünün təxminən üçdə ikisini və qlobal qarğıdalı ticarətinin təxminən 10 faizini Rusiya və Ukrayna təmin edir. Bu iki ölkənin bir-birininin taxıl infrastrukturuna və gəmiçiliyə qarşılıqlı hücumları fonunda iyul ayında qlobal buğda qiymətləri 10 faizdən çox artıb ki, bu da 2024-cü ildən bəri ən kəskin aylıq artımdır. İyun ayında BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı buğda qiymətlərində 4 faizdən çox azalma qeydə almışdı.

71ae6876-afbc-3155-9e60-113df72d2566_1200.jpg (403 KB)

Digər əsas kənd təsərrüfatı bölgələrində də əlavə risklər yaranır. Avropadakı anomal istilər, quraqlıq və meşə yanğınları dənli bitkilərin onilliklər ərzində nail olunan ən böyük məhsuldarlığının azalmasına gətirə bilər. Avstraliyada uzun müddət davam edən quraqlıq əsas ixracatçı ştatların birində buğda yığımını təhdid edir.

Həmçinin bildirilir ki, dünya əhalisinin yarıdan çoxunun əsas qidası olan düyü istehsalı da təzyiq altındadır. Sakit Okean temperaturundakı dalğalanmalarla əlaqəli “El Ninyo” fenomeninin güclənməsi Vyetnam, Filippin və dünyanın ən böyük düyü istehsalçısı və ixracatçısı olan Hindistanda quraqlıq təhlükəsi yaradır. Bu fonda düyü qiymətləri artıq 18 ayın ən yüksək səviyyəsinə qalxıb.

Başqa yandan, ABŞ-İran müharibəsinin yanacaq və gübrə qiymətlərinin artmasına səbəb olması fermerlərə əlavə təzyiq yaradır. Mart ayın dan bəri dünya fermerlərinin məhsuldarlığın artımı üçün istifadə etdikləri əsas gübrələrin qiyməti 1,5 dəfə artıb. Nəticədə həmin gübrələrdən istifadə səviyyəsi də düşüb, bu isə növbəti mövsümdə məhsuldarlığın ciddi şəkildə azalmasına gətirib çıxaracaq.

49DPAWPKmmSxkUpDsDUVNrLwPmGm5TLthEuqTJIg_1200.jpg (150 KB)

Əksər beynəlxalq qurumlara görə, ABŞ-İran, Rusiya-Ukrayna münaqişələrində mövcud vəziyyət davamlı olarsa, qlobal ərzaq qiymətləri yenidən kəskin bahalaşmaya keçəcək. Bu isə 2021-2022-ci illərdə koronavirus pandemiyası məhdudiyyətləri, həmçinin Rusiyanın Ukraynaya hücumu səbəbindən qeydə alınan ərzaq böhranına səbəb ola bilər.

Qeyd edək ki, mayın 25-də kənd təsərrüfatının inkişafına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev bu perspektiv barədə xəbərdarlıq edib:

“Bu gün dünyada gedən meyillər kənd təsərrüfatının istehsalına da mənfi təsir göstərir. Müharibələr, münaqişələr, nəqliyyat zəncirlərinin qırılması, enerji sektorundakı böhran, yanacaqla bağlı olan müəyyən çətinliklər bir çox ənənəvi istehsalçıları çətin vəziyyətə qoymuşdur. Bunu nəzərə alaraq, əlbəttə ki, hər bir ölkə öz ərzaq təhlükəsizliyi haqqında düşünməlidir və konkret addımlar atmalıdır”.

q61MRBhhH1kccPPhwv86pz5Nn6aWJHMaxfzPImKS_1200.jpg (242 KB)

Prezident həmin müşavirədə bir sıra əsas məhsullarla özünütəminetmə səviyyəsinə dair rəqəmləri də açıqlayıb: “Buğda istehsalı. Biz cəmi 55 faiz səviyyəsində özümüzü buğda ilə təmin edirik və əfsuslar olsun ki, bu əmsal artmır. Biz elə yerində sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur, baxmayaraq çox böyük təkan verilmişdir, bir çox aqroparklar yaradılmışdır. Onu da bildirməliyəm ki, aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır. Buna baxmayaraq, buğda istehsalı və onun özünü təminetmə əmsalı bizdə artmır. Daxili istehsal 1 milyon 573 min ton, idxal 1 milyon 267 min ton. Bax, bu idxalı biz azaltmalıyıq. Təbii ki, bizim coğrafiyamızı nəzərə alaraq, əkin sahələrini nəzərə alaraq, digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyini nəzərə alaraq, biz hədəf qoymamalıyıq ki, 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edək. Ancaq hər halda 55 faiz qəbuledilməz rəqəmdir və bu, mütləq artmalıdır.

Mal əti. Özümüzü 84 faiz təmin edirik, 30 min ton idxal edilir, 150 min ton daxili istehsaldır. Quş əti. 82 faiz, 147 min ton istehsal, 32 min ton idxaldır. Qoyun-keçi əti. 94 faiz, istehsal 88, idxal 5 min ton. Yumurta. 2 milyard 340 min ədəd istehsal olunur, idxal yoxdur, ehtiyac yoxdur. İxrac isə 90 milyon ədəddir. Balıq və balıq məhsulları. 81 faiz təminatdır, 23 min ton idxaldır, ixrac 7 min ton. Bitki yağları. Özümüzü 52 faiz təmin edirik. Kərə yağı. 62 faiz, istehsal 26 min ton, idxal 20 min ton, ixrac 4 min ton. Çay. 86 faiz, istehsal 11 min ton, idxal 2,5 min ton, ixrac min tona yaxın. Duz. Özümüzü təmin edirik, ixrac edirik 20 min ton, daxili istehsal 80 min ton”.

Ölkənin rəsmi ərzaq balansından aydın olur ki, mal əti ilə özünütəminat səviyyəsi 2022-ci ildə 93 faiz, qoyun-keçi əti 97 faiz, buğda təminatı 61 faiz, kərə yağı təminatı 66,7 faiz olub. Hər üç göstərici ötən müddətdə aşağı düşüb. Bu isə o deməkdir ki, qlobal ərzaq böhranı baş verərsə, Azərbaycan onun yaradacağı təhdidlərə daha az hazırdır, mənfi nəticələr ölkə bazarında, əhalinin həyat səviyyəsində daha kəskin şəkildə hiss olunacaq.

Rəsmi statistikaya əsasən 2026-cı ilin birinci yarısında Azərbaycanın yeyinti məhsulları idxalının dəyəri 1 milyard 366 milyon dollara bərabər olub. Bu isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,8 faizlik artımın olduğu deməkdir.

Konkret məhsullar üzrə baxsaq, altı ayda ölkəyə 56 milyon 752,98 min ABŞ dolları dəyərində 24 min 413,97 ton ət idxal edilib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin eyni dövründə ət idxalı 47 milyon 181,29 min dollar dəyərlə 22 min 396,46 ton təşkil etmişdi. Bu isə ət idxalının miqdar baxımından 2 min 17,51 ton və ya 9 faiz, dəyər baxımından isə 9 milyon 571,69 min dollar və ya 20,3 faiz artdığını göstərir.

DIKhISZVrcAhxM9RhCAIbBoUkJxJ8IgS8foQUlyJ_1200.jpg (216 KB)

Hörmüzdəki gərginlik fonunda əsas yağ istehsalçılarında qiymətlərin artması Azərbaycanın kərə yağı idxalında daha ucuz mal təklif edən İrana köklənməsinə səbəb olub. Bu ölkədən yağ idxalı 5 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyə yaxın artıb. Bu artıma rəğmən ümumi yağ idxalında azalma qeydə alınıb: yanvar–iyun aylarında Azərbaycana 82 milyon 703,87 min ABŞ dolları dəyərində 13 min 165,12 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. Bu, kərə yağı idxalının miqdar baxımından 389,78 ton və ya 2,9 faiz, dəyər baxımından isə 11 milyon 896,97 min dollar və ya 12,6 faiz azalması deməkdir. Müxtəlif ölkələrdə İranın süd məhsullarında mütəmadi olaraq zərərli maddələr, xüsusilə də antibiotik qalıqlarının aşkarlanması faktlarını nəzərə alsaq, bu ölkədən kərə yağı idxalının artmasının əhalinin sağlamlığı üçün necə zərərli ola biləcəyi barədə təsəvvürümüz formalaşar.

İrandan idxalın artması hesabına 1 ton kərə yağının ölkəmizə gətirilmə qiyməti 6 min 979 dollardan 6 min 282 dollara enib.

Buğda məsələsinə gəlincə, Azərbaycanda yazlıq və payızlıq buğda əkinləri 2021-ci ildəki 572,3 min hektardan bu mövsüm üçün 458 780,3 hektara qədər azalıb. Buğda istehsalı isə 2021-ci ildəki 1 milyon 885 min 405,3 tondan 2025-ci ildə 1 milyon 583 min tona düşüb.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, iyulun 27-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 92 faizində biçin başa çatıb. Ümumilikdə 883 min 995 hektar sahədə biçin aparılıb, bu sahələrdən 3 milyon 38 min 467 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 34,4 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 sent/ha çoxdur.

Biçin aparılan sahələrin 404 min 326 hektarı buğda, 479 min 669 hektarı arpa sahəsidir. Bu sahələrdən 1 milyon 491 min 990 ton buğda, 1 milyon  546 min 477 ton arpa yığılıb. Buğda sahələrinin 88 faizində, arpa sahələrinin isə 95,6 faizində biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 36,9 sent/ha, arpa üzrə isə 32,2 sent/ha təşkil edir. Nəzərə alsaq ki, biçilməyən buğda sahələri əsasən aşağı məhsuldarlıq olan, yüksək dağlıq ərazilərdəki dəmyə əkinləridir, onda bu il də buğda istehsalında azalma olacağını gözləmək olar.

2026-cı ilin ilk 6 ayında Azərbaycan bu məhsulun idxalına 132 milyon 905,18 min ABŞ dolları xərcləyib. İdxal miqdar baxımından azalsa da, dəyər baxımından 1,7 faiz artıb.

Qeyd edək ki, Prezidentin fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda kənd təsərrüfatı məhsulları istehsalının artırılması üçün mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər effektiv icra olunarsa, heç olmasa 2030-cu il və ondan sonra ölkənin ərzaq təminatı idxaldan belə kəskin asılı olmaz.(musavat.com)

Bənzər Xəbərlər

Cəmiyyət

Nazirlik Bakı Qızlar Universiteti əməkdaşlarının iş təminatına zəmanət vermədi

Avqust 3, 2026
Cəmiyyət

Bağlanan universitetin tələbələri özəl ali məktəblərə KÖÇÜRÜLÜR

Avqust 3, 2026
Cəmiyyət

Bu il çimərliklərdə suda batan 40 nəfərin meyiti tapılıb, 55-i xilas edilib

Avqust 3, 2026
Cəmiyyət

Azərbaycanda bu məlumatlar vergi orqanına ötürüləcək

Avqust 3, 2026
Cəmiyyət

Bakıda daha iki marşruta yeni avtobuslar buraxılır

Avqust 3, 2026
Cəmiyyət

Məişət zorakılığı ilə bağlı müraciətlərin sayı açıqlanıb

Avqust 3, 2026

XƏBƏR LENTİ

Nəriman Axundzadə ABŞ-dakı klubundan ayrıldı – Türkiyəyə köçür

03 Avqust, 26 / 19:29

Nazirlik Bakı Qızlar Universiteti əməkdaşlarının iş təminatına zəmanət vermədi

03 Avqust, 26 / 19:16

Bağlanan universitetin tələbələri özəl ali məktəblərə KÖÇÜRÜLÜR

03 Avqust, 26 / 19:03

Qlobal ƏRZAQ böhranı yaxınlaşır? – Azərbaycanın ön tədbirləri

03 Avqust, 26 / 18:48

Bu il çimərliklərdə suda batan 40 nəfərin meyiti tapılıb, 55-i xilas edilib

03 Avqust, 26 / 18:33

Azərbaycanda bu məlumatlar vergi orqanına ötürüləcək

03 Avqust, 26 / 18:18

Bakıda daha iki marşruta yeni avtobuslar buraxılır

03 Avqust, 26 / 18:06

Zelenski üç atəşkəs variantı təklif etdi

03 Avqust, 26 / 17:52

Məişət zorakılığı ilə bağlı müraciətlərin sayı açıqlanıb

03 Avqust, 26 / 17:38

Əli Əsədov yeni qərar imzaladı

03 Avqust, 26 / 17:27
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.