Ukrayna Prezidenti Volodimir Zelenski münaqişənin dayandırılması üçün üç fərqli atəşkəs variantı irəli sürüb.
Cagdas.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
Onun sözlərinə görə, təkliflər hava məkanında, enerji infrastrukturuna qarşı hücumların dayandırılması və cəbhə xətti boyunca atəşkəsin elan edilməsini əhatə edir.
“Bir sıra formatlar tapmaq mümkündür. Bundan əlavə, gələcəkdə çətin danışıqların aparılması üçün cəbhə xətti boyunca müharibənin dondurulması təklif olunur”, – deyə Podolyak bildirib.
O əlavə edib ki, Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə birbaşa görüş keçirməyə hazırdır.
Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın irəli sürdüyü “hava atəşkəsi” ilə bağlı konkret təklif almadıqlarını bildirib.
“Yeni formul və ya təkliflərlə bağlı hər hansı konkret məlumat yoxdur”, – deyə Peskov vurğulayıb.(sfera.az)
















