Son dəqiqə

Qlobal ticarət təhlükədə: İranın yeni planı AÇIQLANIB

Dünya

İran ABŞ-ın tətbiq etdiyi dəniz blokadası davam edərsə, Qırmızı dənizndə gəmiçiliyə qarşı cavab tədbirləri görəcəyi ilə hədələyib.

İran ordusu bildirib ki, əgər ABŞ İran limanlarına qarşı blokadanı davam etdirsə, Qırmızı dənizdə ticarət gəmilərinə qarşı addımlar atıla bilər. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə blokadanın İranın dəniz ticarətini “tamamilə dayandırdığını” açıqlayıb. Bununla belə, bəzi kommersiya gəmiləri hələ də Hörmüz boğazından keçməkdə davam edir.

Çağdaş.Az-ın xəbərinə görə, CNN-ə danışan yüksək rütbəli ABŞ rəsmisi bildirib ki, Vaşinqton hələlik İranla atəşkəsin uzadılması ilə bağlı rəsmi razılıq verməyib. Bununla yanaşı, tərəflərin danışıqlara daha çox vaxt ayırmaq üçün prinsip etibarilə razılığa gəldiyi iddia olunur. ABŞ Prezidenti Donald Tramp isə danışıqların bu həftə Pakistanda bərpa oluna biləcəyini bildirib.

İsrail və Livan onilliklərdən sonra ilk birbaşa danışıqlardan sonra görüşləri davam etdirmək barədə razılığa gəlib. Lakin İsrail Livanın cənubunda atəşkəsə razılaşmayıb. BMT-nin Ümumdünya Ərzaq Proqramı bölgədə davam edən döyüşlərin Livanda ərzaq təhlükəsizliyi böhranını dərinləşdirdiyini açıqlayıb.