• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
16° Weather Columbus
$
1.7
€
1.9414
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Qumar oyunlarının keçirilməsinə görə cəzalar sərtləşdirilir

23 İyun, 26 / 13:27
A A

Azərbaycanda qumar oyunlarının keçirilməsinə görə cəzalar sərtləşdirilir.

Cagdas.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, qumar oyunları:

– virtual formada, cümlədən internet şəbəkəsindən, mobil rabitə şəbəkəsindən, sosial şəbəkə platformalarından, digər elektron rabitə vasitələrindən, habelə internet və mobil telekommunikasiya tətbiqlərindən və ya digər texnologiyalara əsaslanan platformalardan istifadə edilməklə törədildikdə;

– yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə törədildikdə;

– qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

– xeyli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda cərimə edilməklə 2 ildən 4 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Həmçinin mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə, külli miqdarda gəlir əldə etməklə törədildikdə 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Qeyd edək ki, hazırda qüvvədə olan sanksiyaya görə cərimənin məbləği konkret aralıqda (10 min manatdan 15 min manatadək) nəzərdə tutulduğu halda, layihəyə əsasən cərimə cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda müəyyən ediləcək.

Həmçinin, dəyişikliklə qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama əməlinin təkrar törədildiyi, yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə törədildiyi, xeyli, külli, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildiyi və s. hallar üçün də cəzaların sərtləşdirilməsi nəzərdə tutulur.

Belə ki, mövcud qanunvericiliyə görə qeyd olunan əməllər təkrar törədildikdə 4 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Layihədə isə təklif olunur ki, bu müddət müvafiq olaraq 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılsın.(metbuat.az)

Bənzər Xəbərlər

Cəmiyyət

İlham Əliyev və Sərdar Berdiməhəmmədovun Şuşa gəzintisindən görüntülər

İyun 23, 2026
Cəmiyyət

Bakıda yağış, rayonlara dolu yağacaq – Sabahın havası

İyun 23, 2026
Cəmiyyət

Prezident ona yüksək vəzifə verdi

İyun 23, 2026
Cəmiyyət

Xarici valyutanın ölkəyə qaytarılmamasına görə cərimələr dəyişdirilir

İyun 23, 2026
Cəmiyyət

Bu hallarda saytlara giriş məhdudlaşdırılacaq

İyun 23, 2026
Cəmiyyət

Rusiyadan Ermənistana 408 ton gübrə göndərildi

İyun 23, 2026

XƏBƏR LENTİ

İlham Əliyev və Sərdar Berdiməhəmmədovun Şuşa gəzintisindən görüntülər

23 İyun, 26 / 15:50

Pezeşkian qalıcı sülhün əsas şərtini açıqladı

23 İyun, 26 / 15:37

Bakıda yağış, rayonlara dolu yağacaq – Sabahın havası

23 İyun, 26 / 15:23

Prezident ona yüksək vəzifə verdi

23 İyun, 26 / 15:11

Xarici valyutanın ölkəyə qaytarılmamasına görə cərimələr dəyişdirilir

23 İyun, 26 / 14:57

Bu hallarda saytlara giriş məhdudlaşdırılacaq

23 İyun, 26 / 14:43

Rusiyadan Ermənistana 408 ton gübrə göndərildi

23 İyun, 26 / 14:32

Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar

23 İyun, 26 / 14:20

Daşaltı kəndinin fonunda – FOTOLAR

23 İyun, 26 / 14:16

Bakıda ev tikmək neçəyə başa gəlir? – ARAŞDIRMA

23 İyun, 26 / 14:06
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.