Son dəqiqə
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq “Formula 1” yarışı ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub Abşeronda Anım Günü ilə bağlı tədbir keçirilib Aydaska555official-in TikTok fəaliyyəti geniş auditoriyanın diqqətində Sabah Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək DTX və XKX rəisləri Zəfər parkını ziyarət ediblər Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib Xocalıda Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq

Rəşad Dağlı ilə bağlı AÇIQLAMA

Maqazin

Tanınmış vəkil Turan Abdullazadə meyxanaçı Rəşad Dağlının amnistiyaya düşməməsi barədə etirazlara aydınlıq gətirib.

Cagdas.az-ın məlumatına görə, T.Abdullazadə Pravda.az-a açıqlamasında deyib ki, Rəşad Dağlı amnistiyaya düşmür, çünki o ağır cinayət törətdiyinə görə məhkum olunub.

“Məhz bu səbəbdən, təəsüflər olsun ki, amnistiya aktı məşhur meyxanaçı Rəşad Dağlı və bu qəbildən olan məhkumlara şamil olunmur. Amnistiya aktına əsasən, ilk dəfə ağır cinayət törətdiklərinə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər cəzadan azad edilə bilər. Yəni azadlıqdan məhrumetmə cəzasının qalan müddəti 6 aydan çox olmasaydı, Rəşad Dağlı azad edilə bilərdi. Qeyd edim ki, amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş anti-terror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq. Göründüyü kimi, ağır və xüsusilə, ağır cinayətlərə görə məhkum olunanlar istisna olmaqla, amnistiya tətbiqi nəticəsində təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad ediləcək şəxslərin dairəsi məlum olub”, – vəkil bildirib.