Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Rayonlara yağış yağır – FAKTİKİ HAVA

Cəmiyyət

Saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur, arabir şimşək çaxır.

Cagdas.az xəbər veriri ki bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yağıntılar ayrı-ayrı yerlərdə intensiv leysan xarakterlidir.

Düşən yağıntının miqdarı Şəkidə 38 (aylıq normanın 63 %-i), Mingəçevirdə 34 (aylıq normanın 171 %-i), Zaqatalada 24 (aylıq normanın 31 %-i), Goranboyda 18 (aylıq normanın 77 %-i), Qrız, Qubada 13 (aylıq normanın 44 %-i), Qusarda 12 (aylıq normanın 40 %-i), Qəbələdə 10, Ağstafa, Gədəbəydə 7, Xaçmaz, Gəncə, Qaxda (Sarıbaş) 6, Oğuzda 5, Xaltanda 4, Daşkəsəndə 3, Tovuz, Şabran, Göygöl, Yevlaxda 2, Naftalan, Şəmkir, Balakən, Şamaxı, Xızı, Bərdə, Kürdəmir, Şahbuz, Laçın, Qubadlı, Şuşa, Xankəndidə 1 mm-dir.

İyulun 19-da Kəlbəcər rayonunun İstisu qəsəbəsinə saat 21:03-21:07 radələrində diametri 8-12 mm olan dolu düşüb.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Mingəçevirdə 21, Neftçala, Zaqatala, Şəkidə 20 m/s-yə çatır.