Son dəqiqə

Regionda hücumlar davam edir

Dünya

Müharibənin üçüncü həftəsi geridə qalarkən tərəflər qarşılıqlı hücumları davam etdirir.

Çağdaş.Az bildirir ki, İran həm ABŞ və İsrail hədəflərinə, həm də Körfəz ölkələrində müəyyən nöqtələrə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirir. ABŞ və İsrail isə İrandakı hərbi və strateji obyektləri vurmaqda davam edir.

Bölgədə hava hücumları, raket zərbələri və kiber əməliyyatlarla yanaşı, enerji və nəqliyyat xətləri də ciddi zərər görür. Xüsusilə Hörmüz boğazı ətrafında artan gərginlik qlobal enerji təhlükəsizliyi üçün ciddi risk olaraq qalır.