İyunun 21-dən etibarən Kerç bərə keçidi vasitəsilə həyata keçirilən bərə daşımaları müvəqqəti olaraq dayandırılıb.
Çağdaş.Az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Qeyd edək ki, Kerç bərə keçidi Rusiyanın Krasnodar diyarı ilə Krım yarımadası arasında nəqliyyat əlaqəsini təmin edən əsas marşrutlardan biri hesab olunur.
Bərə reyslərinin dayandırılmasının səbəbləri və hərəkətin nə vaxt bərpa olunacağı ilə bağlı əlavə məlumat verilməyib./Globalinfo.az
















