Rusiya Müdafiə Nazirliyi açıqlama verərək bildirib ki, Ukraynaya məxsus 278 pilotsuz uçuş aparatını (PUA) hava hücumundan müdafiə sistemləri Moskva və digər bölgələrdə vurub. Eyni zamanda, Leningrad bölgəsində bir limanda yanğın baş verdiyi bildirilib.
Çağdaş.Az-ın xəbərinə görə, bəyanatda qeyd olunub ki, Ukrayna ordusu Rusiya torpaqlarına PUA hücumları həyata keçirib. Gecə boyu 278 PUA-nın hava müdafiə sistemləri tərəfindən vurulduğu və bunların Moskva daxil olmaqla müxtəlif bölgələrdə və Azov dənizi üzərində məhv edildiyi bildirilib.
Rusiya Leningrad Bölgə Valisi Aleksandr Drozdenko özünün milli mesajlaşma tətbiqi MAX hesabında paylaşım edərək, bölgədə 60-dan çox PUA-nın neytrallaşdırıldığını açıqlayıb.
Vali qeyd edib ki, PUA hücumları nəticəsində Primorsk Limanında yanğın baş verib: “Primorsk Limanında bir yanacaq tankı zədələndi, yanğın başladı, söndürmə işləri davam edir. Personal təxliyə edilib.”
Həmçinin, Sankt-Peterburq şəhərində yerləşən Pulkovo Hava Limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb və eniş-qalxışlara məhdudiyyətlər qoyulub.


