Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff arasında Ukrayna mövzusunda keçirilən görüş başa çatıb.
Cagdas.az xəbər verir ki, Kremlin yaydığı məlumata görə, Moskva şəhərində keçirilən danışıqlar tamamlanıb.
Görüşdə ABŞ nümayəndə heyətinə Stiv Uitkoffla yanaşı, Cared Kuşner və ABŞ Federal Satınalma Xidmətinin komissarı Coş Qruenbaum daxil olub. Rusiya tərəfini isə Kremlin xarici siyasət üzrə müşaviri Yuri Uşakov və Putinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev təmsil edib.
Təxminən 3,5 saat davam edən danışıqlarda Ukrayna böhranının həlli istiqamətində atıla biləcək addımlar ətrafında fikir mübadiləsi aparılıb.


