Son dəqiqə
Avtomobilinin üzərinə ağac aşdı, ciddi ziyan dəydi – Dövlət qurumları vətəndaşın müraciətinə niyə baxmır? Hərbçilərin həyat yoldaşlarına 400 manat veriləcək Azərbaycanda dövlət bu şəxslərə ev verəcək Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır?

Rusiyada daha bir hava limanının fəaliyyəti məhdudlaşdırıldı

Cəmiyyət

Rusiyanın Gelencik şəhərinin hava limanında iyunun 22-si səhər saatlarından etibarən müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

Cagdas.az  bildirir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsiya) məlumat yayıb.

Məlumata görə, Bakı vaxtı ilə saat 10:07-dən etibarən hava limanında təyyarələrin qəbulu və yola salınması dayandırılıb. Bildirilib ki, məhdudiyyətlər uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə tətbiq olunub.

Bundan əlavə, Moskvanın Şeremetyevo hava limanında da müvəqqəti məhdudiyyətlər qüvvəyə minib. Vnukovo və Domodedovo hava limanlarının isə aidiyyəti qurumlarla razılaşdırılmış qaydada reysləri qəbul edib yola saldığı qeyd olunub. Bu səbəbdən uçuş cədvəllərində dəyişikliklərin baş verə biləcəyi vurğulanıb.

Qeyd edək ki, iyunun 22-nə keçən gecə Rusiyanın müxtəlif regionlarında hava hücumundan müdafiə sistemləri 301 pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb. Məlumata görə, pilotsuz aparatların zərərsizləşdirilməsi iyunun 21-i saat 20:00-dan iyunun 22-si saat 07:00-dək davam edib.(sfera.az)