Son dəqiqə
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq “Formula 1” yarışı ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub Abşeronda Anım Günü ilə bağlı tədbir keçirilib Aydaska555official-in TikTok fəaliyyəti geniş auditoriyanın diqqətində Sabah Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək DTX və XKX rəisləri Zəfər parkını ziyarət ediblər Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib Xocalıda Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq

Şəbnəm-Vəfa qalmaqalı yenidən “ALOVLANDI” – efirdə özündən çıxdı – VİDEO

Maqazin

Müğənni Şəbnəm Tovuzlu qonaq olduğu “Rəngarəng” verilişində gərgin anlar yaşayıb.

 Cagdas.az xəbər verir ki, o uzun müddət qalmaqal yaşadığı və qısa zaman öncə barışdığı həmkarı Vəfa Şərifovaya əsəbləşib.

Özündən çıxan sənətçi bunları deyib:

“Prodüserim böyük narazılıqla mənə yazır ki, sən efirə çıxmısan, yoxsa kiminsə reklamı gedir? Düz də deyir. Mənim burada olanlardan qətiyyən xəbərim olmayıb. Niyə mənə belə yazılmalıdır? Bunu niyə edirsiniz? Bir məqsəd var ki, açıq deyəcəyəm, kiminsə inciməyindən asılı olmayaraq. Heç kimin yanında başıaşağı deyiləm. Burada rəsmən o xanımın (Vəfa Şərifova) mənim üzərimdən reklamı gedir. Qəsdən edilir. İllərdir davam edir, artıq dayanın! Mən dayanmışam, bunlar dayanmır.

Bəlkə, o xanımın da xəbəri yoxdur. Ancaq yoxdursa, bu cür oyun kimə gərəkdir?”.(Milli.Az)