Abşeron çimərliklərində sabah müşahidə olunacaq hava şəraiti açıqlanıb.
Cagdas.az xəbər veriri ki Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 18-də Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında isə küləyin istiqaməti dəyişərək cənub-şərq küləyi ilə əvəz olunacaq.
Şimal istiqamətli çimərliklərdə – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada havanın temperaturunun 21-22 dərəcə isti olacağı gözlənilir.
Cənub çimərliklərində isə – Türkan, Hövsan, Sahil və Şıxda temperaturun 23-24 dərəcə isti təşkil edəcəyi proqnozlaşdırılır.
















