İstanbulda aparılan narkotiklə mübarizə ilə bağlı istintaq çərçivəsində Fənərbaxçanın prezidenti Sadettin Saranın narkotik maddə testinin müsbət nəticə verdiyi bildirilib.
Cagdas.az bildirir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində şübhəlilərdən qan və saç nümunələri götürülüb. Həmin nümunələr əsasında Məhkəmə-Tibbi Ekspertiza Qurumu tərəfindən müvafiq rəy hazırlanıb.
Rəyə əsasən, Sadettin Saranın saç nümunələrində narkotik maddə testinin müsbət nəticə verdiyi müəyyən edilib.
Eyni zamanda, Saranın qan, sidik və dırnaq nümunələri üzrə aparılan analizlərin nəticələrinin isə mənfi olduğu açıqlanıb.















