Sinişa Karan bildirib ki, Serb Respublikası heç vaxt Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq və bu mövqedən geri çəkilməyəcək.
Çağdaş.Az-ın xəbərinə görə, O, TASS agentliyinə verdiyi ilk müsahibəsində qeyd edib ki, Avropa İttifaqına üzvlük yolu bəzi ölkələrə siyasi və iqtisadi təzyiqlər vasitəsilə xarici siyasət mövqelərini dəyişdirmək formasında təqdim olunur.
Karanın sözlərinə görə, belə yanaşma qəbul edilə bilməz: “Bəzi Avropa İttifaqı ölkələri təkcə Serb Respublikası deyil, həm də Rusiya ilə əlaqələri olan digər ölkələrə siyasi və iqtisadi təzyiq göstərir və bunu Avropa İttifaqına gedən yol kimi təqdim edir. Bizim üçün belə bir yol mümkün deyil.”
O əlavə edib ki, “ilk gündən bu günə qədər heç kimə Rusiya əleyhinə sanksiyalara qoşulmağa imkan verməmişik və bundan sonra da verməyəcəyik.”
















