Son dəqiqə

Səudiyyə Ərəbistanının neft ixracı sentyabrda təxminən iki dəfə artıb

Dünya

Səudiyyə Ərəbistanının neft ixracı sentyabr ayında kəskin artaraq avqust ayı ilə müqayisədə təxminən iki dəfə yüksəlib.

Çağdaş.Az analitik şirkət “Kpler”in məlumatlarına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı bu ay sutkada təxminən 5,4 milyon barel neft ixrac edib. Bu göstərici avqustda qeydə alınan sutkalıq 2,4 milyon bareldən iki dəfədən çox yüksəkdir.

Məlumata görə, Yaxın Şərqin əsas neft istehsalçılarının xam neft ixracı sentyabr ayında sutkada 12,8 milyon barelə yüksəlib. Bu, ABŞ-İsrailin İrana qarşı hərbi əməliyyatlarının fevralın sonunda başlamasından sonra ən yüksək göstəricidir.

Əməliyyatlardan əvvəl region ölkələrinin neft ixracı sutkada 18,8 milyon bareli keçirdi.

Çağdaş.Az-ın Reuters-ə istinadən məlumatına görə, ixracın artması əsasən Hörmüz boğazı üzərindən neft daşımalarının yenidən bərpa olunması ilə əlaqədardır.

İlkin məlumatlara əsasən, sentyabr ayında Hörmüz boğazından keçən neft ixracının sutkada təxminən 7,4 milyon barelə çatacağı gözlənilir.

Hörmüz boğazı dünya enerji bazarı üçün ən mühüm nəqliyyat yollarından biri hesab olunur. Bu marşrutdan neft və qaz tədarükünün böyük hissəsi keçdiyi üçün bölgədəki hərbi-siyasi gərginlik qlobal enerji qiymətlərinə birbaşa təsir edir.