• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20.5° Weather Columbus
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Siyasi analitikdən XƏBƏRDARLIQ: Dünya "sonsuz müharibələr" dövrünə daxil olur

25 İyul, 26 / 12:35
A A

Türkiyəli siyasi analitik Nalan Yazgan hesab edir ki, beynəlxalq sistem Soyuq müharibədən sonrakı dövrdən nəticəsi qeyri-müəyyən və getdikcə genişlənən müharibələr mərhələsinə keçir.

Çağdaş.Az xəbər verir ki, Nalan Yazgan bu barədə “Cumhuriyet” qəzetində dərc olunan “Vaşinqtonun strateji çöküşü dünyanı yeni bir xaosa sürükləyirmi?” adlı məqaləsində yazıb.

Siyasi analitik bildirib ki, Vaşinqtonun imzaladığı razılaşmaların praktikada icra olunmaması Yaxın Şərqdən Ukraynaya qədər uzanan böhranları bir-biri ilə əlaqələndirən yeni mərhələnin formalaşdığını göstərir. Onun sözlərinə görə, bu vəziyyət təkcə regional qeyri-sabitliyi deyil, həm də ABŞ diplomatiyasının etibarlılığını və mövcud beynəlxalq nizamın davamlılığını sual altına alır.

O qeyd edib ki, hazırda əsas problem yeni müharibələrin başlaması deyil, mövcud münaqişələrin başa çatdırıla bilməməsidir. O, İran-İsrail qarşıdurması, Livandakı gərginlik, Qəzza, Suriya və Ukraynadakı hadisələrin ayrı-ayrı böhranlar deyil, eyni strateji prosesin müxtəlif cəbhələri olduğunu vurğulayıb.

Analitik əlavə edib ki, son dövrlərdə əldə olunan razılaşmaların əksəriyyəti praktikada işlək olmayıb. Onun fikrincə, İsrail-Livan razılaşmasının tam tətbiq edilməməsi və İranla ABŞ arasında əldə olunan razılaşmanın tərəflərin fərqli şərhləri səbəbindən nəticəsiz qalması bunun bariz nümunəsidir.

N.Yazgan vurğulayıb ki, sonsuz müharibələr əvvəlcədən hazırlanmış uzunmüddətli strategiyanın nəticəsi deyil, aydın siyasi məqsədlərin olmamasından qaynaqlanır. O bildirib ki, siyasi hədəflər dəqiq müəyyən edilmədikdə müharibələrin uğur meyarı da aradan qalxır, məqsədlər davamlı dəyişir və hərbi əməliyyatlar özünü qidalandıran prosesə çevrilir.

Siyasi analitik Əfqanıstan nümunəsini xatırladaraq qeyd edib ki, “Əl-Qaidə”yə qarşı başlayan əməliyyat sonradan dövlət quruculuğu, demokratiya və qadın hüquqları kimi dəyişən məqsədlərlə davam etdirilib. Lakin iyirmi ildən sonra Taliban yenidən hakimiyyətə qayıdıb. Onun sözlərinə görə, bu gün oxşar dinamika həm Ukraynada, həm də İran ətrafında təkrarlanır.

O hesab edir ki, müasir müharibələrdə hərbi texnologiya təkbaşına qələbə qazandırmır. O bildirib ki, müharibələrin taleyi daha çox hansı tərəfin müdafiə sənayesini, istehsal zəncirini və sursat ehtiyatını uzun müddət qoruyub saxlaya bilməsindən asılıdır.

Analitik qeyd edib ki, Vaşinqton artıq uzunmüddətli xarici siyasət strategiyası formalaşdıran klassik institusional mexanizmini böyük ölçüdə itirib. Onun fikrincə, qərarlar daha çox ani siyasi reaksiyalar əsasında qəbul olunur ki, bu da həm müttəfiqlərin ABŞ-a inamını zəiflədir, həm də rəqib ölkələrdə Vaşinqtonun razılaşmalara sadiq qalmayacağı qənaətini gücləndirir.

Məqalənin sonunda Nalan Yazgan xəbərdarlıq edib ki, mövcud yanaşma davam edərsə, münaqişələrin sona çatması deyil, əksinə, bir-birini qidalandıran və getdikcə genişlənən “sonsuz müharibələr” dövrü beynəlxalq sistemin yeni normasına çevrilə bilər.

“Yeni dövrdə əsas sual artıq “Kim qalib gələcək?” deyil, “Bu müharibələri dayandıra biləcək siyasi iradə və diplomatik potensial hələ də mövcuddurmu?” olacaq”, – deyə o qeyd edib./Modern.az/

Bənzər Xəbərlər

Dünya

Hazırlıqlar başladı: 30 min hərbçi Rusiyaya gəlir

İyul 26, 2026
Dünya

İranla bağlı həmin məsələdən narahatdır

İyul 26, 2026
Dünya

Bəqai: Hörmüz boğazındakı vəziyyətlə bağlı Omanla keçirilən danışıqlarda irəliləyiş əldə olunub

İyul 26, 2026
Dünya

Dövlət televiziyası Pezeşkianı hədəfə aldı: Prezident istefa verə bilər?

İyul 26, 2026
Dünya

Almaniyada hər ay 15 min iş yeri bağlanır

İyul 26, 2026
Dünya

Fransa polisindən antiterror əməliyyatı: 6 nəfər saxlanıldı

İyul 26, 2026

XƏBƏR LENTİ

Hazırlıqlar başladı: 30 min hərbçi Rusiyaya gəlir

26 İyul, 26 / 15:53

Bakıda yeni dərs ilindən saatlar BELƏ OLACAQ

26 İyul, 26 / 15:21

30 illik sürücülük vəsiqələri ləğv edildi

26 İyul, 26 / 14:52

İranla bağlı həmin məsələdən narahatdır

26 İyul, 26 / 14:23

Bəqai: Hörmüz boğazındakı vəziyyətlə bağlı Omanla keçirilən danışıqlarda irəliləyiş əldə olunub

26 İyul, 26 / 13:56

Zakir Həsənov qardaş ölkəyə BAŞSAĞLIĞI VERDİ

26 İyul, 26 / 13:24

Şok plan üzə çıxdı – İrana DƏHŞƏTLİ HÜCUM olacaq – Əsas HƏDƏF ODUR

26 İyul, 26 / 12:54

Naxçıvanda təcili tibbi yardım avtomobili aşdı – 4 yaralı var

26 İyul, 26 / 12:27

Osimhen: 3 aydır maaş ala bilmirəm

26 İyul, 26 / 11:58

Azərbaycanın bu rayonunda əhali “yoxa çıxıb” – nə baş verir?

26 İyul, 26 / 11:29
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.