Son dəqiqə

Sökülən binaların sakinlərinə – Şad xəbər

Cəmiyyət

Azərbaycanda sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad ediləcək.

Cagdas.az  xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

2027-ci ilin büdcə zərfinə daxil edilən layihəyə əsasən, sökülmüş binaların əvvəlki mülkiyyətçilərinə həmin binaların yerində inşa edilən yeni tikililərdən verilən yaşayış və qeyri-yaşayış sahələri vergiyə cəlb olunan gəlir hesab edilməyəcək./Sfera.az/