• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
14.9° Weather Columbus
$
1.7
€
1.9428
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

SON DƏQİQƏ! Bakıda yaşayanlara vacib xəbər: Dəyişiklik gözlənilir

21 İyun, 26 / 9:15
A A

Bakıda iş vaxtlarının fərqli saatlarda başlaması üçün konkret addımlar atılacaq. Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən aparılan təhlillərin yaxın zamanlarda tamamlanması nəzərdə tutulur.

Çağdaş.Az mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir.

Paytaxtda iş qrafiklərinin mərhələli şəkildə dəyişdirilməsi və işə başlama saatlarının fərqləndirilməsi məsələsi yenidənn gündəmə gəlib. “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapan bu məsələ paytaxtda nəqliyyat sıxlığının azaldılması istiqamətində nəzərdən keçirilən mexanizmlərdən biri hesab olunur. Sənədə əsasən, dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili nəzərdə tutulur.

Yaxın vaxtlarda konkret addımların atılması gözlənilir

Millət vəkili Vüqar Bayramov mətbuata açıqlamasında bildirib ki, bu istiqamətdə artıq yaxın vaxtlarda konkret addımların atılması gözlənilir və proses məhz 2026-ci ilin sonuna qədər həyata keçiriləcək:

“Dəyişkən iş qrafikinin tətbiqi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, TƏBİB və Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən aparılan təhlillər yaxın zamanlarda tamamlanmalıdır. Bununla da, Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək siyahılara əsasən, dəyişkən iş rejimi təşkil olunacaq”.

Deputat bildirib ki, fərqli işə başlama saatları nəqliyyat yüklənməsini bölüşdürür və səhər-axşam pik vaxtlarda sıxlığı azaldır:

“Avropa təcrübəsi göstərir ki, dəyişkən iş qrafiki yol-nəqliyyat sıxlığını azaldır, ictimai nəqliyyatda yüklənməni bölüşdürür, işçi məhsuldarlığını artırır və şəhər infrastrukturuna düşən təzyiqi azaldır”.

V.Bayramov qeyd edib ki, dəyişkən iş qrafikinin tətbiqi nəqliyyat sıxlığını tam aradan qaldırmaq deyil, azaltmaq üçün tətbiq olunur. Belə ki, nəqliyyatda sıxlığın aradan qaldırılması infrastrukturun genişləndirilməsi ilə yanaşı, oxşar digər dolayı tədbirlərin icrasından birbaşa asılıdır.

Avropada da dəyişkən iş rejimi tətbiq edilir

Qeyd edək ki, bir çox inkişaf etmiş ölkələrdə, xüsusilə Avropada dəyişkən iş rejiminin artıq tətbiq olunduğu və bu modelin konkret nəticələr verdiyi bildirilir. Nəqliyyat üzrə elmi araşdırmalar da göstərir ki, insanların hamısının eyni saatda işə başlaması nəqliyyat sistemində “pik yük” yaradır. İşə başlama vaxtlarının fərqləndirilməsi isə nəqliyyat axınını gün ərzində daha bərabər bölüşdürərək hərəkət sürətini artıra və səfər müddətini azalda bilər.

Cəmiyyətdə bu dəyişikliyin tıxacların azalmasına real təsirinin necə olacağı böyük maraq doğurur. Ekspertlər arasında bu addımın paytaxtdakı xroniki tıxac probleminin həllinə nə dərəcədə təsir göstərə biləcəyi ilə bağlı fərqli yanaşmalar mövcuddur.

İqtisadçı Elşən Bağırzadənin sözlərinə görə, dünya təcrübəsində çox az ölkədə iş saatlarını məhz tıxaca görə tənzimləmək təcrübəsi mövcuddur:

“İş saatları daha çox şəhərin havasına, iqtisadi mühitinə görə tənzimlənir. Məsələn, ərəb ölkələrində hava çox isti olduğu üçün onlarda iş səhər 8:00-da başlayır və günorta 13:00-a kimi davam edir. Bundan sonra işçilər evə gedirlər. Onlar bir də axşamüstü 17:00-da yenidən işə gəlirlər və 20:00-ə qədər işləyirlər. Bizdə bəzi iş yerlərində insanlar 15:00-a qədər işləyirlər, sonra sosial həyatlarının ardınca gedirlər. İş qrafikinin bölünməsi o zaman effekt gətirər ki, bu bölgü düzgün olsun”.

İqtisadçının fikrincə, Bakıda tıxaclara ən çox təsir göstərən orta məktəblərə gedənlərdir:

“Tələbələr daha çox metrodan istifadə edirlər. Amma uşaqları məktəbə adətən taksilərlə, şəxsi maşınlarla aparırlar. Bu da yollarda sıxlığa səbəb olur”.

Ekspertin fikrincə, iş qrafikinin düzgün bölünməsinin tıxaclara tam deyil, yalnız müəyyən təsiri ola bilər:

“Burada ən önəmli məsələ koordinasiyanın pozulmaması – müəssisələrin bir-biri ilə əlaqələrinin qorunub saxlanması vacib amildir. İş qrafikinin bir saat fərqli olması gün ərzində iki saat itkiyə bərabərdir. Bir-birindən asılı olmayan təşkilatlar üçün fərqli iş saatları olmalıdır ki, itki baş verməsin”.

Nəzərdə tutulan 67 tədbirdən biri

Hüquq müdafiəçisi Sahib Məmmədov da iş qrafikinin dəyişdirilməsinin nəqliyyat tıxaclarının aradan qaldırılmasında mühüm rol oynayacağına şübhə ilə yanaşır. Onun sözlərinə görə, Bakı şəhərinin nəqliyyat infrastrukturunun tənzimləməsini nəzərdə tutan Dövlət Proqramında yeni yolların çəkilməsi, körpülərin salınması, keçidlərin qurulması və s. kimi 67 tədbir nəzərdə tutulub. Bunlardan biri də iş qrafiklərinin tənzimlənməsi ilə bağlıdır:

“İş qrafiki, məktəblərdə tənzimləyici tədbirlərin görülməsi əlavə tədbirlər kimi nəzərdə tutulub. Bu, yalnız dövlət sektorunda mümkün ola bilər. Xırda özəl müəssisələrdə – ticarət obyektlərində, kiçik ofislərdə kim qrafikin tənzimlənməsinə nəzarət edəcək? Dövlət sektorunun da hamısında bunu etmək mümkün deyil. Elə iri zavodlar var ki, onlar 24/7 saat növbə rejimində işləyirlər. Orada bu tənzimləmə alınmayacaq”.

S.Məmmədovun sözlərinə görə, bəzi dövlət orqanları var ki, onlarla bağlı təkliflər Nazirlər Kabinetinə təqdim edilib:

“Dövlət Proqramında da nəzərdə tutulan odur ki, dövlət orqanları təkliflər versin. Verilən təkliflərə baxılacaq və ondan sonra qərar veriləcək. Amma açığı, şəxsən mən bu keçidin ciddi fayda verəcəyinə inanmıram. Bu, 67 tədbirin kontekstində, yalnız bir az kömək edə bilər.

Bənzər Xəbərlər

Cəmiyyət

Bu gün ümumi orta təhsil səviyyəsi üzrə təkrar imtahanlar təşkil ediləcək

İyun 21, 2026
Cəmiyyət

Bu gün namizədlər rezidenturaya imtahan verəcək

İyun 21, 2026
Cəmiyyət

Çıxarış olmadan mənzil alanlara XƏBƏRDARLIQ

İyun 21, 2026
Cəmiyyət

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

 

İyun 21, 2026
Cəmiyyət

DİM sabah təkrar imtahan keçirəcək

İyun 20, 2026
Cəmiyyət

Azərbaycanda bu məntəqə BAĞLANDI

İyun 20, 2026

XƏBƏR LENTİ

Meloni Trampa qəzəbləndi: Öz reytinqinin qeydinə qal!

21 İyun, 26 / 12:02

Marşal Asım Munir də ABŞ–İran danışıqları üçün İsveçrəyə getdi

21 İyun, 26 / 11:46

Vens Cenevrəyə getdi - Danışıqların mövzusunu açıqladı

21 İyun, 26 / 11:28

DÇ-2026: Yaponiya Tunisi darmadağın etdi

21 İyun, 26 / 11:11

ABŞ-İran arasında yeni razılaşma: İsveçrə görüşü nəyi dəyişəcək?

21 İyun, 26 / 10:56

Milyarderlərin də pul verib gedə bilməyəcəyi SİRLİ YERLƏR

21 İyun, 26 / 10:37

İran danışıqçıları İsveçrədədir – Şahbaz Şərif də getdi

21 İyun, 26 / 10:22

Günəşdə güclü PARTLAYIŞ: 21 iyunda nələr gözlənilir

21 İyun, 26 / 10:11

Bu gün ümumi orta təhsil səviyyəsi üzrə təkrar imtahanlar təşkil ediləcək

21 İyun, 26 / 9:57

Bu gün namizədlər rezidenturaya imtahan verəcək

21 İyun, 26 / 9:43
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.