Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində fəaliyyət göstərən daha bir tanınmış şəxs vəzifəsindən ayrılıb.
Çağdaş.Az bildirir ki, jurnalist Günay Malikqızı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində tutduğu vəzifədən ayrılıb. Onun vəzifədən azad edilməsi ilə bağlı əmr bu günlərdə imzalanıb.
Bildirək ki, Günay Malikqızı Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikası üzrə səlahiyyətli nümayəndəliyində media və televiziya sahəsinə rəhbərlik edib. Sonradan o, bu vəzifəsindən uzaqlaşdırılaraq başqa işə təyin edilib./Manset.az/
















