Son dəqiqə
Bakının 7 istiqamətində tıxac yarandı Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir

Son üç “ASAN xidmət” mərkəzi bu şəhərlərdə açılacaq – VİDEO

Cəmiyyət

“Bu gün artıq ölkə üzrə 28 “ASAN xidmət” mərkəzi fəaliyyətdədir. Əlavə olaraq üç “ASAN kommunal” mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlər vətəndaşlara qeydiyyat yerindən asılı olmayaraq ölkənin bütün regionları üzrə xidmət həyata keçirir. Düşünürük ki, bu say kifayət edir”.

Cagdas.az  bildirir ki, bu fikirləri Teleqraf İnformasiya Agentliyi və Baku TV-yə verdiyi müsahibədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev deyib.

Agentlik rəhbəri qeyd edib ki, mərkəz sayının artırılmasına artıq ehtiyac duyulmur:

“Çünki bundan əlavə 10 səyyar avtobus da var. Onlar “ASAN xidmət” mərkəzinin olmadığı regionlara səfərlər edirlər. Tələbata uyğun 2 həftə və ya 1 ay ərzində şəhər və qəsəbələrdə vətəndaşlara xidmət göstərirlər. Bu 10 səyyar avtobus və 28 mərkəzin ölkəni tam əhatə etdiyini düşünürük. Yalnız işğaldan azad olunmuş ərazilərdə yeni mərkəzlərin açılması nəzərdə tutulur. İşğaldan azad edilmiş üç şəhərdə – Ağdam, Cəbrayıl və Laçında “ASAN xidmət” mərkəzlərinin yaradılması planlaşdırılır. Bunlar regional mərkəz olacaqlar və ətraf rayonlara da xidmət edəcəklər”.(referans media)