Son dəqiqə
Bakının 7 istiqamətində tıxac yarandı Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir

Sosial ödənişlərlə bağlı RƏSMİ MƏLUMAT

Cəmiyyət

“2018-ci ilə nisbətən Fond tərəfindən daha optimal əməkdaş sayı ilə, daha az, lakin mərkəzləşdirilmiş struktur bölmələrlə daha böyük həcmli və əlçatan, operativ, şəffaf və uğurlu vətəndaşyönlü xidmət göstərilir”.

Cagdas.az  xəbər verir ki, bunu apa.az-a müsahibəsində Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev deyib.

O bildirib ki, 2018-ci ildə dövlət sosial ödənişlərinin illik həcmi 4 mlrd. manat civarında idisə, bu gün Fond dövlət adından bu istiqamətdə illik 11 milyard manata yaxın vəsaitin ödənilməsini təmin edir.

“Bununla belə, DSMF-nin fəaliyyətinin hədəfləri beynəlxalq qiymətləndirmələrə yönəlməyib, yəni əldə etdiyimiz nailiyyətlərin dəyəri təkcə beynəlxalq mükafat və təltiflərlə ölçülmür. Bizim üçün ən böyük mükafat xalqdan qazandığımız etimaddır.

Vətəndaşlar dövlət başçımızın tapşırıqları əsasında həyata keçirdiyimiz islahatların nəticəsini sosial rifahlarının yaxşılaşmasında hiss edirlərsə, ən böyük uğurumuz budur. Bu uğurun qlobal müstəvidə ən yaxşı beynəlxalq təcrübələrdən biri kimi tanınması isə bizə həm əlavə motivasiya verir, həm də üzərimizə böyük məsuliyyət qoyur”, – sədr qeyd edib.(referans media)