• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9353
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Söyüdlü yatağından hər il nə qədər vəsait əldə edəcəyik?

24 Sentyabr, 26 / 13:30
A A

Azərbaycanın dağ-mədən sənayesinin inkişafı, mövcud yataqların səmərəli istismarı və mineral resursların iqtisadi dövriyyəyə cəlb edilməsi məsələsi yenidən gündəmə gəlib. Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə “Söyüdlü” yatağı da əsas perspektivli layihələr sırasında qeyd edilib. Müşavirədə yataqda 1,03 milyon unsiya qızıl resursunun müəyyən edildiyi və ilk istehsalın 2028-ci ildə nəzərdə tutulduğu bildirilib.

Cagdas.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, Söyüdlü yatağının böyük hissəsi Azərbaycan ərazisində yerləşir və işğal dövründə yatağın məhz bu hissəsi intensiv şəkildə istismar edilib:

“Söyüdlü (Zod) yatağı 1993-2020-ci illərdə Ermənistanın işğalı altında olub. Ermənistan bu yatağı texnoloji normalara riayət etmədən, köhnə üsullarla intensiv şəkildə istismar edərək talan edib. Yatağın təxminən 75 faizi Azərbaycan ərazisində yerləşsə də, işğalçılar filiz hasilatını məhz bizim ərazidə yerləşən hissədə, əsasən açıq karxana üsulu ilə həyata keçiriblər. Məlumatlara görə, Ermənistan Söyüdlü yatağından hər il təxminən 52 milyon dollar gəlir əldə edib”.

Deputat qeyd edib ki, Azərbaycanın torpaqlarını işğaldan azad etməsindən sonra Söyüdlü yatağı üzərində ölkəmizin nəzarəti bərpa olunub:

“2026-cı ilin sentyabrından etibarən AzerGold QSC tərəfindən yataqda qanuni istismar prosesinə başlanılıb. Hazırda yatağın qalıq ehtiyatlarının təxminən 1,03 milyon unsiya, yəni 32 tondan çox qızıl təşkil etdiyi qiymətləndirilir. AzerGold QSC tərəfindən yataqda müasir texnologiyalar tətbiq edilməklə, müvafiq texnoloji və ekoloji normalara riayət olunması əsasında hasilat həyata keçiriləcək”.

A.Bad­amovun sözlərinə görə, yatağın istismarından əldə olunan resurslar bundan sonra Azərbaycanın iqtisadi inkişafına və əhalinin rifahına xidmət edəcək:

“Təbii ki, bundan sonra Söyüdlü yatağının mineral xammal ehtiyatları Azərbaycan dövlətinin və xalqının rifahına, ölkəmizin iqtisadi inkişafına və dövlət büdcəsinə xidmət edəcək”.\modern.az\

Bənzər Xəbərlər

Cəmiyyət

Ermənistan Azərbaycana daha bir mal ixrac edib – Nazir açıqladı

Sentyabr 24, 2026
Cəmiyyət

Sabah Bakıda hava dəyişir: Yağış və güclü külək gözlənilir

Sentyabr 24, 2026
Cəmiyyət

“Formula 1” üzrə Azərbaycan Qran-prisi BAŞLADI

Sentyabr 24, 2026
Cəmiyyət

Milli Məclisdən MÜHÜM QƏRAR: 2027-ci il yanvarın 1-dən…

Sentyabr 24, 2026
Cəmiyyət

Xəzər dənizində zəlzələ oldu

Sentyabr 24, 2026
Cəmiyyət

Bu şəxslərin maaşı artırılır

Sentyabr 24, 2026

XƏBƏR LENTİ

Ermənistan Azərbaycana daha bir mal ixrac edib – Nazir açıqladı

24 Sentyabr, 26 / 14:06

Sabah Bakıda hava dəyişir: Yağış və güclü külək gözlənilir

24 Sentyabr, 26 / 13:53

“Formula 1” üzrə Azərbaycan Qran-prisi BAŞLADI

24 Sentyabr, 26 / 13:42

Söyüdlü yatağından hər il nə qədər vəsait əldə edəcəyik?

24 Sentyabr, 26 / 13:30

Milli Məclisdən MÜHÜM QƏRAR: 2027-ci il yanvarın 1-dən…

24 Sentyabr, 26 / 13:18

Xəzər dənizində zəlzələ oldu

24 Sentyabr, 26 / 13:04

Bu şəxslərin maaşı artırılır

24 Sentyabr, 26 / 12:52

Əhaliyə 7 milyard manat ödənilib

24 Sentyabr, 26 / 12:38

Dünyanın gözü Azərbaycanda – təhlükəsizlik şefləri Bakıda niyə toplaşıb?

24 Sentyabr, 26 / 12:25

Bakıda mənzillər sürətlə bahalaşır: SON VƏZİYYƏT – VİDEO

24 Sentyabr, 26 / 12:12
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.