Son dəqiqə

Suriya ordusu Qasrak bazasına nəzarəti ələ keçirdi

Dünya

Suriya ordusu ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinin geri çəkilməsindən sonra ölkənin şimal-şərqində yerləşən Qasrak hərbi bazasına tam nəzarəti ələ keçirdiyini açıqlayıb.

Çağdaş.Az xəbər verir ki, Müdafiə Nazirliyinin bəyanatına görə, baza Hasaka şəhərinin kənarında yerləşir və bölgə əsasən kürd əhalinin yaşadığı ərazi hesab olunur. Qasrak bazası Qərb koalisiyasının Suriyadakı ən böyük hərbi obyektlərindən biri sayılırdı.

Bundan əvvəl ABŞ qüvvələri və müttəfiqləri Xarab əl-Cir aviabazası və vilayətin cənubunda yerləşən Əl-Şəddadi bölgəsindəki təlim düşərgəsindən də çıxmışdı.

Fevralın 12-də isə koalisiya qüvvələri Ət-Tanf bazasından da geri çəkilmiş, daha sonra bu obyekt də Suriya ordusunun nəzarətinə keçmişdi.