Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ukrayna böhranının ikili standartların açıq şəkildə nümunəsi olduğunu bildirib.
Çağdaş.Az xəbər verir ki, Ukraynada davamlı sülh yalnız münaqişənin bütün əsas səbəbləri aradan qaldırıldığı təqdirdə mümkündür. Bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin müvafiq qurumlarının katiblərinin 21-ci iclasında bildirib.
“Ukrayna böhranı ikili standartların açıq şəkildə nümunəsidir. Bizim mövqeyimiz dəyişməz olaraq qalır: Prezident Vladimir Putinin dəfələrlə vurğuladığı kimi, davamlı sülh münaqişənin bütün kök səbəblərinin aradan qaldırılmasını tələb edir”, – deyə Şoyqu bildirib.
Xüsusilə, Rusiya Təhlükəsizlik Şurasının katibi bildirib ki, Ukrayna 1990-cı il suverenlik bəyannaməsində göstərilən bitərəf, neytral və nüvə silahı olmayan təməllərə qayıtmalıdır.
Şoyqu bildirib ki, “Bundan əlavə, ərazilərin Rusiyaya qaytarılmasının beynəlxalq hüquqi tanınmasını və bütün insan hüquq və azadlıqlarının təmin edilməsini davam etdirəcəyik”.
















