İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bölgədə gərginliyin artdığı bir vaxtda ABŞ-a məxsus “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisini hədəf alan vizual material paylaşıb.
Cagdas.az xəbər verir ki, paylaşımda ABŞ-ın İranın yaxınlığındakı ərazilərdə hərbi mövcudluğunu gücləndirməsinə diqqət çəkilir. Görüntüdə ABŞ Prezidenti Donald Trampın son açıqlamalarında tez-tez gündəmə gətirdiyi “USS Abraham Lincoln” fırtınalı, qan-qırmızı tonların hakim olduğu bir dənizdə hədəf kimi təsvir olunub.
Vizualda təyyarədaşıyan gəmiyə ildırımın dəydiyi, ABŞ-a məxsus döyüş təyyarələrinin isə dənizə düşərək batdığı göstərilir. Dənizə sancılmış qılınc fiqurları da kompozisiyanın diqqət çəkən elementləri arasında yer alır.
Paylaşımda, həmçinin Saff surəsinin 13-cü ayəsindən sitat gətirilərək “Allahdan bir yardım və yaxın bir fəth” ifadəsinə yer verilib.


