• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.3° Weather Columbus
$
1.7
€
1.9317
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Tehrandan Zəngəzurla bağlı QƏRİBƏ siqnal – Bakıdan REAKSİYA

22 İyun, 26 / 13:18
A A

“Ermənistanın cənubundan keçən yolla bağlı Azərbaycanla aramızda gərgin bir mərhələ olmuşdu. Lakin biz öz mövqeyimizi onlara açıq ifadə etdik. Etiraf etmək gərəksə, Azərbaycan kifayət qədər uyğun mövqe sərgilədi”.Bu sözləri İranın ali rəhbərinin hərbi müşaviri, general Yəhya Rəhim Səfəvi deyib.

General Yəhya Rəhim Səfəvi: Körfəz ölkələrinə cavabımız amansız olacaq -  Veteninfo.Az

O bildirib ki, Bakı ilə bu mövzuda yaxşı anlaşma əldə ediblər. “Azərbaycan bizə bildirdi ki, şimal sərhədlərində anti-İran iddiaları mövcud deyil və İrana qarşı heç bir layihədə yer almayacaqlar. Azərbaycan bu məsələdə geri çəkilib. Onlar Ermənistandan keçən yolun kimin nəzarətdə olmasından asılı olmayaraq Naxçıvana açılmasını istədiklərini bildirdilər”.
Səfəvi həmçinin deyib ki, Ermənistan bu mövzuda daha radikal mövqe ortaya qoyub. “Birbaşa sərhədlərə ABŞ mühafizə xidməti adı ilə Amerika əsgərini gətirir. Ermənistan hər dəfə bizə “sizə qarşı heç bir layihədə iştirak etməyəcəyik”,- deyə bildirir. Amma addımlar bunun əksini göstərir. Xüsusilə dəhliz məntiqi ilə ərazilərin uzaq bir ölkəyə verilməsi yeni təhdid yaradır”.

İranlı general qeyd edib ki, bölgənin məsələsini region ölkələri qarşılıq maraqlar çərçivəsində həll etməlidir. “Region ölkələri ilə, o cümlədən Azərbaycanla münasibətlər düşmənçilik deyil, əməkdaşlıq və sabitlik üzərində qurulmalıdır. Azərbaycanla problemlərimizi müzakirə edərək həll edə bilərik və biz hazırda bunu həyata keçiririk”.

İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır? - 10 əsas SƏBƏB

Söhbət hansı “geri çəkilmədən” gedir? Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı mövqeyində hansı dəyişikliyi edib ki?

Professor Qabil Hüseynli İranın başının qarışıq olduğunu fikirləşir. Onun qənaətinə görə, bu İran o gücdə deyil ki, Zəngəzur dəhlizi ilə bağlı müqavimət göatərə bilsin.

“İran ağır zərbələr alıb. Bununla yanaşı, öz yaralarını sarımağa çalışır. Hazırda Birləşmiş Ştatlarla gərgin danışıqlar dövründədir. Belə bir vəziyyətdə isə Tehran “Tramp yolu”na əngəl ola bilməz. Biz dəfələrlə qeyd etmişik ki, bu logistika beynəlxalq əhəmiyyət daşıyır. Yəni İranın pozuculuğu onun reallaşmasının qarşısını ala bilməz”, – deyə Q. Hüseynli belə şərh edib.

Onun fikrincə, Azərbaycanın mövqeyində hər hansı dəyişiklik olmayıb və Səfəvinin söylədikləri anlaşılmazdır: “Ermənistanla bağlı narahatlıqları daha çoxdur. Çünki qardaş dedikləri ölkə onların bütün düşmənlərini bölgəyə cəlb edib. İndi cavab versinlər ki, “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir” deyəndə bunu nəzərdə tuturdular, ya yox. Azərbaycan isə Zəngəzur dəhlizi mövzusunda həmişə ardıcıl və konkret mövqe sahibi olub. Biz Naxçıvana quru yol və maneəsiz gediş-gəliş tələb edirik. Eyni zamanda, bu dəhliz böyük bir marşrut, beynəlxalq yükdaşımalar logistikası olacaq. Ona görə də Azərbaycan nə mövqeyində geri çəkilib, nə fikrini dəyişib”.

Tramp yolu” varsa, “Putin yolu” niyə olmasın?” - Ermənistana təklif -  Patrulaz.Az

Professor hesab edir ki, İran narahatdır və bunu hiss etdirir: “Mövcud rejim anlayır ki, dəhliz onun beynəlxalq yükdaşımalarda əhəmiyyətini azalda bilər. Halbuki dəfələrlə deyilib – Zəngəzur koridorundan İran da yararlana bilər. İkincisi, Hörmüz boğazı kimi ciddi təzyiq alətinə sahib olan dövlətin Zəngəzura görə təşvişi də məntiqsizdir. İran qəbul etməlidir ki, bu dəhliz açılacaq. Sadəcə, bu layihədən faydalanmaq haqda düşünməlidir, təhdid ritorikasının mənası yoxdur”.(musavat.com)

Bənzər Xəbərlər

Cəmiyyət

Çimərliklərdə hava necə olacaq?

İyun 24, 2026
Cəmiyyət

Avropadakı dəhşətli istilər Azərbaycana gəlir? – TARİXİ AÇIQLANDI

İyun 24, 2026
Cəmiyyət

Plana düşən evlərlə bağlı YENİ TƏKLİF – Əlavə kompensasiya verilə bilər

İyun 24, 2026
Cəmiyyət

ABB kartı olanlar diqqət: Vəsaitlər silinir – (Foto)

İyun 24, 2026
Cəmiyyət

“Pulsuz” təhsil dünyanın heç yerində yoxdur” – Nazir

İyun 24, 2026
Cəmiyyət

Bəzi çimərliklərdə çimmək məhdudlaşdırıldı

İyun 24, 2026

XƏBƏR LENTİ

Çimərliklərdə hava necə olacaq?

24 İyun, 26 / 18:42

Avropadakı dəhşətli istilər Azərbaycana gəlir? – TARİXİ AÇIQLANDI

24 İyun, 26 / 18:27

Plana düşən evlərlə bağlı YENİ TƏKLİF – Əlavə kompensasiya verilə bilər

24 İyun, 26 / 18:13

ABB kartı olanlar diqqət: Vəsaitlər silinir – (Foto)

24 İyun, 26 / 17:58

“Pulsuz” təhsil dünyanın heç yerində yoxdur” – Nazir

24 İyun, 26 / 17:44

İran-ABŞ danışıqlarının tarixi məlum oldu

24 İyun, 26 / 17:31

Bəzi çimərliklərdə çimmək məhdudlaşdırıldı

24 İyun, 26 / 17:18

MİQ-lə bağlı YENİLİK tətbiq olunacaq

24 İyun, 26 / 17:04

Sinoptiklərdən xəbərdarlıq: İyunun 25-də intensiv yağış və dolu gözlənilir

24 İyun, 26 / 16:50

Azərbaycanla sərhədlər açılacaq… – Kostanyan tarix verdi

24 İyun, 26 / 16:36
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.