Son dəqiqə
Yeni Konstitusiyasız Azərbaycan sülh imzalamayacaq – İrəvan Ermənistan Türkiyə ilə sərhədi bu gün açmağa hazırdır – Spiker GTA 6 satışa çıxmamış rekord qırdı – İnternet trafiki pik həddə çatdı Gəlin dünyanı xilas edək – Azərbaycanlı alimlərdən çağırış Ermənistan Rusiya ilə düşmənçilik etmir – Rubinyan Prezident Vyetnama səfər edəcək Avtomobilinin üzərinə ağac aşdı, ciddi ziyan dəydi – Dövlət qurumları vətəndaşın müraciətinə niyə baxmır? Hərbçilərin həyat yoldaşlarına 400 manat veriləcək Azərbaycanda dövlət bu şəxslərə ev verəcək Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF

“TikTok”dakı ölümcül trend 15 yaşlı qızın həyatına son qoydu – (Foto)

Cəmiyyət

Sosial media platformalarında daha çox baxış əldə etmək üçün edilən təhlükəli çağırışlar daha bir gənc qızın həyatına son qoyub.

Cagdas.az  xəbər verir ki, ABŞ-da yaşayan 15 yaşlı Leah Presson “TikTok”da sürətlə yayılan və ölümcül nəticələrə yol açan “allergiya dərmanlarının həddindən artıq dozası” trendinin qurbanı olub.

Məlumata əsasən, sosial mediada populyarlıq qazanmaq istəyən gənc qız yüksək dozada allergiya həbləri qəbul etdikdən sonra öz yataq otağında huşsuz vəziyyətdə tapılıb. Qızının qıcolma (tutma) keçirdiyini görən ailəsi əvvəlcə bunun onun keçmiş sağlamlıq problemləri ilə bağlı olduğunu düşünsə də, xəstəxanada aparılan tibbi müayinələr acı həqiqəti üzə çıxarıb. Leanın sosial mediadakı qorxunc bir trendə qoşulduğu məlum olub.

Günlərlə reanimasiya şöbəsində həyatı uğrunda mübarizə aparan gənc qızın həkimlərin bütün səylərinə baxmayaraq, beyin ölümü reallaşıb və o, dünyasını dəyişib.(milli.az)