“Mərkəzi Neftçilər”də baş həkim yalan olub,Xasmetova Elmira gerçək: Baş tibb bacısının dəhşətli “pul rəndəsi” və lüks imperiyası!
Bir ölkədə ki, xəstəxana daxilində qanun yox, baş tibb bacısının yazılmamış korrupsiya qaydaları hökm sürürsə, orada səhiyyədən və insan amilindən danışmağa dəyməz. Ölkənin ən aparıcı tibb müəssisələrindən olan Mərkəzi Neftçilər Xəstəxanasında baş verən özbaşınalıqlar, daxili idarəetmədəki qaranlıq məqamlar artıq dözülməz həddə çatıb. Və bu rüsvayçılığın, qanunsuzluq piramidasının zirvəsində dayanan bir ad var: Xasmetova Elmira Xasmet qızı.
İllərdir xəstəxanada neçə-neçə direktor, baş həkim gəlib-gedib, amma Xasmetova Elmira Xasmet qızı öz postunda daş kimi yerindən tərpənməz qalıb. Görəsən, bu “əvəzolunmazlığın” sirri nədədir? Hansı fövqəladə xidmətlərinə görə bu xanım hər rəhbərliyin dövründə toxunulmazlıq statusu qazanır?
İddialara və xəstəxanadan sızan məlumatlara görə, Xasmetova Elmira Xasmet qızı xəstəxanada faktiki olaraq kölgə idarəçiliyi, daha dəqiq desək, rüşvət şəbəkəsi qurub. Bu xəstəxanaya sadə bir xadimə, tibb bacısı və ya digər işçi işə qəbul olunmaq istəyirsə, mütləq şəkildə Elmira xanımın “pul rəndəsi”ndən keçməlidir. Onun rüsxəti, xeyir-duası və ən əsası “haqqı” ödənilmədən heç kimin bu müəssisədə çörəkpulu qazanmaq şansı yoxdur.
İş o yerə çatıb ki, xəstəxanada çalışan həkimlər belə bu baş tibb bacısından asılı vəziyyətə salınıb. Baş həkimin qərar verə bilmədiyi məsələlərdə Xasmetova Elmira Xasmet qızının hökmü keçir. Sual olunur: Klinikanın rəsmi rəhbərliyi yalançı bir fiqurdurmu? Real idarəçilik, qeyri-qanuni kassirlik niyə məhz bir baş tibb bacısının əlində cəmləşib?
Özünü xəstəxananın “şahı” elan edən Xasmetova Elmira Xasmet qızının şəxsi ambisiyaları və özbaşınalığı artıq xəstəxana divarlarını aşıb. Məlumatlara görə, bu xanım özünə elə bir dəbdəbəli ad günləri, məclislər təşkil edir ki, bura sanki dövlət əhəmiyyətli tədbirdir. Və bu məclislərin dəyişməz, amansız bir qaydası var: Lüks, bahalı hədiyyələr mütləq gətirilməlidir! İşçilərin boğazından kəsib gətirdiyi hədiyyələrlə özünə saxta nüfuz və imperiya quran bu şəxs, xəstəxananı şəxsi feodal mülkünə çevirib.
Ən böyük sual: Xaşmətova Elmira Xaşmət qızının arxasında kim dayanır?
İndi isə gələk ən ağrılı və həlledici məqama. Bu qədər korrupsiya ittihamı, özbaşınalıq, həkimləri təzyiq altında saxlamaq və dövlət müəssisəsini şəxsi qazanc mənbəyinə çevirmək cəsarəti haradan gəlir? Bu xanımın arxasında kim və ya kimlər dayanır?
Ona bu rüşvət mexanizmini idarə etmək hüququnu kim verib? Və ən əsası – NƏYİN QARŞILIĞINDA?
Bu dəstəyi verən himayədarlar Xasmetova Elmira Xasmet qızının qurduğu bu çirkin korrupsiya şəbəkəsinin, yığılan qeyri-qanuni vəsaitlərin ortaqlarıdırmı? Bu sualların cavabı mütləq şəkildə tapılmalı, həmin gizli himayədarların maskası yırtılmalıdır!
TƏBİB və Hüquq-Mühafizə Orqanlarına TƏCİLİ MÜRACİƏT
Mərkəzi Neftçilər Xəstəxanasında illərdir kök salmış bu çürük sistem dövlətin tibb siyasətinə, xalqın dövlətə olan inamına birbaşa zərbədir. Baş tibb bacısının dövlət müəssisəsində öz qanunlarını diktə etməsi qəbulolunmazdır!
TƏBİB rəhbəri Anar Bayramova müraciət edirik: Cənab Bayramov, rəhbərlik etdiyiniz sahədə baş verən bu dərəbəyliyə, xəstəxana daxilində qurulan “pul rəndəsi” sisteminə nə vaxta qədər göz yumulacaq? Sizdən təcili olaraq bu məsələni şəxsi nəzarətinizə götürməyinizi, Mərkəzi Neftçilər Xəstəxanasında ciddi daxili təhqiqat başladılmasını və Xasmetova Elmira Xasmet qızının fəaliyyətinin araşdırılmasını xahiş edirik.
Hüquq-Mühafizə Orqanlarına müraciət edirik: Xəstəxanada mövcud olan korrupsiya, işə qəbul zamanı rüşvət iddiaları və vəzifə səlahiyyətlərini aşma halları dərhal hüquqi müstəvidə araşdırılmalıdır. Bu şəbəkənin başında duran Xasmetova Elmira Xasmet qızı və onun arxasındakı gizli himayədarlar qanun qarşısında cavab verməlidir.
Qanun hər kəs üçün bərabərdir – heç bir baş tibb bacısı və onun arxasındakı güclər dövlətdən və qanunlardan üstün ola bilməz! Mövzu diqqətimizdədir.(referans media)


















