• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9353
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Toylara limit qoyulacaq? – DEPUTATDAN MÖVQE

24 Sentyabr, 26 / 16:28
A A

Toy mərasimlərinin keçirilməsi ilə bağlı 120 nəfərlik limit tətbiq olunacağı barədə məlumat yayılıb. Bu məlumat xüsusilə toy hazırlığında olan və şadlıq saraylarında məclis keçirməyi planlaşdıran şəxslər arasında müəyyən suallar yaradıb. Artıq sosial şəbəkələrdə də müzakirə olunur. Sözügedən məhdudiyyətin hansı əsasla tətbiq ediləcəyi, bunun bütün şadlıq saraylarına aid olub-olmadığı və artıq planlaşdırılmış toy mərasimlərinə təsir edib-etməyəcəyi də maraq doğurur.

Cagdas.az xəbər verir ki, Cebheinfo.az bir neçə şadlıq sarayı ilə əlaqə saxlayıb. “Altun Saray”dan bildirilib ki, 120 nəfərlik limitin tətbiq olunacağı ilə bağlı məlumatlar yayılıb: “Lakin hazırda şadlıq sarayında belə bir limit tətbiq edilmir”. “Xan Saray”dan bildirilib ki, hazırda belə bir məhdudiyyət yoxdur və toy mərasimləri əvvəlki qaydada, istənilən sayda qonaqla keçirilir. “Absheron Palace”dan da bildirilib ki, hazırda toy mərasimlərində 120 nəfərlik limit tətbiq olunmur.

Maraqlıdır, şadlıq saraylarında toy mərasimləri üçün belə bir məhdudiyyətə ehtiyac varmı? Bu, toy sahibləri üçün qənaət sayıla bilərmi? Çünki 300-400 nəfərlik toy daha böyük məsrəfdir.

Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa Musavat.com-a danışıb. Deputat deyib ki,  Azərbaycanda toyda adam sayı məsələsi ilə bağlı problem yoxdur: “Bizdə toyda ümumiyyətlə israfçılıq problemi var. Bu israfçılıqdan müəyyən dərəcədə pul qazanmaq ənənəsi də var. Bu da müəyyən dərəcədə ayrı-ayrı şəxslərin marağına xidmət etdiyinə görə, bunun indiyə qədər dəyişdirilməsi mümkün olmur. Halbuki bu qaydalar dəyişməlidir. Yəni toyda ümumiyyətlə yeməyin miqdarı, adam sayından daha çox, məhdudlaşdırılmalıdır. Toyda vaxt məsələsi nəzərə alınmalıdır. Bütövlükdə toyda qiymətlər məsələsində də müəyyən hədlər olmalıdır. Bizdə mənzil qiymətlərində süni şəkildə bahalaşma necə olur, real qiymətə uyğun olmur və vətəndaşın müəyyən dərəcədə sıxıntısına səbəb olur, toylarda da qiymətlərin müəyyənləşdirilməsi hər hansı bazar qiymətini, yaxud real vəziyyəti əks etdirmir. Bu da vətəndaşa böyük problemlər yaradır”.

Müsahibimizin  sözlərinə görə, vaxtilə çox sayda şadlıq evinin tikilməsi də toy mərasimləri ilə bağlı formalaşmış vəziyyətə təsir edib:
“İndi isə biz daha sadə formada bu tədbirlərin keçirilməsinə üstünlük verməliyik. Çünki bu, böyük bir məsrəfdir, eyni zamanda sağlamlıqla bağlı problemdir. Səs terroru, yemək terroru toylarda artıq böyük bir zərbə vurub. Yəni bunu heç kim, hər kəs, mən də şikayətçi olsam, mən də bundan qaça bilmirəm, başqası da qaça bilmir. Çünki ümumi standartları pozmağa gücümüz yetərli deyil”.

Fazil Mustafa hesab edir ki, toy mərasimləri ilə bağlı formalaşmış qaydaların müəyyən dərəcədə dövlət səviyyəsində tənzimlənməsinə ehtiyac var:”Bunu, məncə, müəyyən dərəcədə dövlət səviyyəsində tənzimləmək vacibdir ki, insanları əziyyətdən, zülmdən qurtarasan. Toy bir zülmdür və bu zülmü də müəyyən dərəcədə dayandırmaq vacibdir. Çünki bu, ailə xoşbəxtliyinə gətirən bir istiqamət deyil.Yəni daha çox, əgər hər hansı bir vəsait varsa, yığılırsa, bunu bilavasitə insanların, yeni qurulan ailənin maddi bazasını möhkəmləndirməsinə yönəltmək lazımdır. Onda boşanmaların da müəyyən dərəcədə faiz səviyyəsi aşağı düşə bilər.
Yəni bu biznesə baxış dəyişməlidir. Əks halda, bunun sıxıntıları bundan sonra daha artıq olacaq. Biz yenə də fərqli çətinlikləri yaşamalı olacağıq. Çünki özümüz öz həyatımızı çətinləşdirməyə davam edəcəyik. Bu, həm yaslara, həm də toylara aiddir”.

Azərbaycanda toylar niyə bu qədər bahalıdır?

Deputat insanların toy mərasimlərinə yanaşmasını dəyişməli olduğunu da vurğulayıb: “İnsanlar oturub düşünməlidirlər ki, necə edək, sadələşdirək? Necə edək ki, əsas hədəf toyda kiminsə öz paltarını göstərməsi, yaxud da öz rəqsini göstərməsi yox, ailənin xoşbəxtliyi olsun? Yeni qurulan ailənin təməllərinin sağlam qurulmasına necə kömək göstərək? Yəni bunları etmək vacibdir. Fikrimcə, say məsələsi burada həlledici rol oynamır. Məsələn, 50 nəfərlik toya da 100-200 min manatlıq müğənni çağırarsan, xüsusilə də xarici ölkədən, yaxud başqa yerlərdən. Elə o da bahaya gəlib çıxa bilər”.

Bənzər Xəbərlər

Cəmiyyət

“Roblox” Azərbaycanda qadağan olunur? – DÖVLƏT KOMİTƏSİNDƏN AÇIQLAMA

Sentyabr 24, 2026
Cəmiyyət

Piyadalara üztanıma vasitəsilə cərimə yazılır? – RƏSMİ AÇIQLAMA

Sentyabr 24, 2026
Cəmiyyət

Əhali dollarını kütləvi satır — NƏ BAŞ VERİR?

Sentyabr 24, 2026
Cəmiyyət

“Makler evləri” ilə bağlı VACİB XƏBƏR

Sentyabr 24, 2026
Cəmiyyət

Marketlərdə toyuq filesi tapılmır: Qiymət qalxacaq?

Sentyabr 24, 2026
Cəmiyyət

Bu şəxslər kompensasiya ödənilmədən işdən QOVULACAQ

Sentyabr 24, 2026

XƏBƏR LENTİ

“Roblox” Azərbaycanda qadağan olunur? – DÖVLƏT KOMİTƏSİNDƏN AÇIQLAMA

24 Sentyabr, 26 / 16:57

Piyadalara üztanıma vasitəsilə cərimə yazılır? – RƏSMİ AÇIQLAMA

24 Sentyabr, 26 / 16:41

Toylara limit qoyulacaq? – DEPUTATDAN MÖVQE

24 Sentyabr, 26 / 16:28

Əhali dollarını kütləvi satır — NƏ BAŞ VERİR?

24 Sentyabr, 26 / 16:16

“Makler evləri” ilə bağlı VACİB XƏBƏR

24 Sentyabr, 26 / 16:03

Marketlərdə toyuq filesi tapılmır: Qiymət qalxacaq?

24 Sentyabr, 26 / 15:51

Bu şəxslər kompensasiya ödənilmədən işdən QOVULACAQ

24 Sentyabr, 26 / 15:38

Denis Puşilin: Ukrayna ilə danışıqlar konkret nəticə verməlidir

24 Sentyabr, 26 / 15:31

Bakıda “Formula 1” rekordu: Xarici turistlərin sayı 16 mini keçdi

24 Sentyabr, 26 / 15:27

Yeni subsidiyalar veriləcək – Nazir ŞƏRTLƏRİ AÇIQLADI

24 Sentyabr, 26 / 15:11
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.