ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranda vurulan “F-15 Eagle” qırıcısının itkin düşən ekipaj üzvü ABŞ qüvvələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində xilas edilib.
Çağdaş.Az xəbər verir ki, onun sözlərinə görə, əməliyyatda “onlarla təyyarə” iştirak edib. Tramp qeyd edib ki, hərbçi yaralansa da, vəziyyəti stabildir və “tam yaxşı olacaq”.
İranda vurulan F-15 təyyarəsinin itkin düşən ABŞ hərbçisi genişmiqyaslı əməliyyat nəticəsində xilas olunub. Donald Tramp bildirib ki, hərbçi xəsarət alıb, lakin həyati təhlükəsi yoxdur.
İran hərbi rəsmiləri ABŞ və İsrailin infrastruktur obyektlərinə hücumları davam etdirəcəyi təqdirdə “cəhənnəmin qapılarının açılacağı” ilə hədələyib. Bu açıqlama Trampın Hörmüz boğazı ilə bağlı razılaşma əldə olunmasa “tam güclə zərbə endiriləcəyi” barədə bəyanatına cavab kimi qiymətləndirilir.


