ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında davam edən qarşılıqlı hücumların dayandırılmasına çağırış edib.
Çağdaş.Az xəbər verir ki, Tramp sosial şəbəkə hesabında paylaşdığı açıqlamada tərəfləri gərginliyi daha da artırmamağa səsləyib.
“İsrail və İran dərhal atəş açmağı dayandırmalıdır”, – deyə ABŞ prezidenti bildirib.
Xatırladaq ki, İsrail bu gün səhər saatlarında İranın mərkəzi və qərb bölgələrinə hava zərbələri endirib. Bunun ardınca İran da İsrailin mərkəzi və cənub hissələrini hədəf alan bir sıra raket hücumları həyata keçirib.
İsrail ordusu isə son açıqlamasında İranın strateji hava hücumundan müdafiə sistemlərinə qarşı “genişmiqyaslı əməliyyat” keçirdiyini iddia edib.
Yaxın Şərqdə gərginliyin yenidən yüksəlməsi beynəlxalq ictimaiyyətdə narahatlıq yaradıb. Bir sıra ölkələr və beynəlxalq təşkilatlar tərəfləri hərbi eskalasiyadan çəkinməyə və diplomatik həll yollarına üstünlük verməyə çağırırlar.
















