Son dəqiqə

Tramp yeni hədəfini açıqladı və sərt mesaj verdi: “Hələ başlamamışıq belə”

Dünya

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ ordusu hələ İranda “əsl gücünü nümayiş etdirməyə başlamayıb” və qarşıdakı mərhələdə yeni hədəflər vurula bilər.

Çağdaş.Az xəbər verir ki, Tramp açıqlamasında deyib: “Dünyanın ən böyük və ən güclü ordusu hələ İranda qalanları məhv etməyə belə başlamayıb. Növbədə körpülər var, daha sonra isə elektrik stansiyaları! Yeni rejimin liderləri nə etməli olduqlarını bilirlər və bu məsələ mümkün qədər tez həll olunmalıdır.”

ABŞ Prezidenti sosial şəbəkədə paylaşdığı mesajda İran ərazisindəki hədəflərin genişləndiriləcəyinə işarə edərək, hərbi əməliyyatların daha da intensivləşə biləcəyini vurğulayıb.