ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla müharibəni dayandırmaq qərarı verəcəyi təqdirdə İsrail də bu qərara əməl edəcək.
Çağdaş.Az xəbər verir ki, Tramp açıqlamasında deyib: “Onlara nə desəm, onu edəcəklər. İndiyədək yaxşı komanda oyunçusu olublar. Mən dayansam, onlar da dayanacaq. Təxribat olmadıqca dayanacaqlar; əgər təxribat olsa, başqa seçimləri qalmayacaq. Amma mən dayandığım anda onlar da dayanacaq.”
ABŞ Prezidenti bu fikirləri “Time” jurnalına verdiyi müsahibədə səsləndirib.
Tramp həmçinin iddia edib ki, İran münaqişəni dayandırmaq üçün razılaşmaya getməyə meyllidir: “Bizi niyə axtarmasınlar ki? Dünən gecə onların üç böyük körpüsünü partlatdıq.”
O, İranla danışıqlar aparıldıqları barədə iddiaları bir daha təkrarlayaraq bildirib: “Onlar tamamilə məhv edilir. Deyirlər ki, Tramp İranla danışıqlar aparmır. Əslində isə bu, kifayət qədər asan bir danışıqlardır.”
Bununla belə, Tramp İranın sərt mövqeyindən təsirləndiyini də qeyd edib: “Onlar çox dözümlüdürlər. Böyük çətinliklərə tab gətirə bilirlər. Bu səbəbdən onlara hörmət edirəm. Düşünürəm ki, onlar döyüşməkdən daha çox danışıqlarda daha bacarıqlıdırlar.”/Haberglobal/


