Son dəqiqə

Trampdan İranda itkin düşən amerikalı pilotla bağlı AÇIQLAMA

Dünya

ABŞ prezidenti Donald Tramp İranda vurulan F-15 qırıcı təyyarəsinin itkin düşən pilotu ilə bağlı açıqlama verib. O, pilotun tutulması və ya zərər görməsi halında hansı addımlar atacaqları barədə konkret mövqe bildirməyib və “ümid edirik ki, belə bir şey baş verməz” deyib.

Çağdaş.Az-ın xəbərinə görə, Donald Tramp bildirib ki, belə bir ssenari ilə bağlı şərh vermək istəmir: “Bununla bağlı şərh edə bilmərəm, çünki ümid edirik ki, belə bir şey baş verməz”.

ABŞ prezidenti Donald Tramp həmçinin Basra Gulf üzərində vurulan iki ABŞ təyyarəsinin taleyi və itkin pilotun vəziyyəti barədə Britaniya mətbuatına danışıb.

Onun sözlərinə görə, İran səmasında vurulduqdan sonra paraşütlə atlanmaq məcburiyyətində qalan F-15 pilotunun İran qüvvələri tərəfindən tutulması və ya zərər görməsi halında ABŞ-ın hansı addımı atacağı ilə bağlı suala konkret cavab verilməyib.