Son dəqiqə

Trampdan sərt qərar: İranla işləyən ölkələr HƏDƏFDƏ

Dünya

Tramp İrana əməkdaşlıq edən ölkələrə 25 faizlik rüsum tətbiq edəcəyini açıqlayıb.

Çağdaş.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində paylaşdığı açıqlamada İranla iqtisadi və ticari əlaqələr quran ölkələrə qarşı 25 faizlik gömrük rüsumu tətbiq olunacağını elan edib.

Trampın sözlərinə görə, İran İslam Respublikası ilə biznes aparan istənilən ölkə ABŞ ilə həyata keçirilən bütün ticarət əməliyyatları üzrə 25 faizlik tarif ödəməli olacaq. ABŞ lideri bu qərarın qəti və yekun olduğunu vurğulayıb.

Prezident qeyd edib ki, qərar dərhal qüvvəyə minib və geri dönüşü nəzərdə tutulmur.