ABŞ Prezidenti Donald Tramp ölkənin süni intellekt sahəsində liderliyini qorumaq məqsədilə yeni struktur yaradılacağını açıqlayıb. Tramp bu təşəbbüsü ABŞ Kosmik Qüvvələrinə bənzədərək “Süni İntellekt Qüvvələri” adlandırıb.
Çağdaş.Az-ın xəbərinə görə, Tramp bildirib ki, süni intellekt sektorunun inkişafına maneə yaradılmayacaq. Əksinə, ABŞ hökuməti bu sahənin böyüməsini dəstəkləyəcək və inkişaf prosesini yaxından izləyəcək.
ABŞ prezidenti həmçinin “süni intellekt” ifadəsinin dəyişdirilməsini təklif edib. O, “Üstün Zəka”, “Ekstremal Zəka” və “Ali Zəka” kimi alternativ adları irəli sürüb.
Tramp bu adlardan hansının daha uyğun olduğu ilə bağlı ictimai sorğu da başladıb. Onun sözlərinə görə, yeni təşəbbüs ABŞ-ın süni intellekt sahəsindəki mövqeyini və texnoloji üstünlüyünü qorumağa xidmət edəcək.
















