Son dəqiqə
Yeni Konstitusiyasız Azərbaycan sülh imzalamayacaq – İrəvan Ermənistan Türkiyə ilə sərhədi bu gün açmağa hazırdır – Spiker GTA 6 satışa çıxmamış rekord qırdı – İnternet trafiki pik həddə çatdı Gəlin dünyanı xilas edək – Azərbaycanlı alimlərdən çağırış Ermənistan Rusiya ilə düşmənçilik etmir – Rubinyan Prezident Vyetnama səfər edəcək Avtomobilinin üzərinə ağac aşdı, ciddi ziyan dəydi – Dövlət qurumları vətəndaşın müraciətinə niyə baxmır? Hərbçilərin həyat yoldaşlarına 400 manat veriləcək Azərbaycanda dövlət bu şəxslərə ev verəcək Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF

Uşaqların adına olan maşınların satışı və qeydiyyatı elektronlaşdırılır – Nazirdən qərar

Cəmiyyət

Nəqliyyat vasitəsinin qeydiyyatdan çıxarılmasına icazə verilməsi ilə əlaqədar qərarlar elektron sistemlərə yerləşdiriləcək.

Bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq qərar imzalayıb.

Hazırda qüvvədə olan qanunvericiliyə görə, nəqliyyat vasitəsi yetkinlik yaşına çatmamış vərəsənin adına qeydiyyata alınarkən, qeydiyyat sənədində onun valideyninin, övladlığa götürənin və himayəçinin soyadı, adı, atasının adı göstərilir və belə nəqliyyat vasitəsinin qəyyumluq və himayəçilik orqanının icazəsi olmadan qeydiyyatdan çıxarılması qadağan olunur.

Yeni qərara əsasən, nəqliyyat vasitəsinin qeydiyyatdan çıxarılmasına icazə verilməsi ilə əlaqədar qəyyumluq və himayəçilik orqanlarının qərarları bir iş günü ərzində himayədar ailəyə verilmiş uşaqlara, habelə Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə, digər hallarda isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Rəqəmsal İcra Hakimiyyəti” portalına daxil ediləcək.

Yuxarıda nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilməyəcək. Belə sənədlərin və ya məlumatların EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunacaq və ya ərizəçi tərəfindən təmin ediləcək.