• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
30.7° Weather Columbus
$
1.7
€
1.9493
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Vətəndaşlara dəyən 6,4 milyon manatlıq ziyan ödənilib

16 İyul, 26 / 18:49
A A

2026-cı ilin ilk yarısında Bakı şəhərində 6 909 cinayət hadisəsi qeydə alınıb və onların 93,2 faizinin açılması təmin edilib.

Cagdas.az xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunun 2026-cı ilin birinci yarısının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində məlumat verilib.

Bildirilib ki, hesabat dövründə paytaxtın prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin hamısının açılması təmin olunub.

Müşavirədə qeyd edilib ki, Bakı şəhərinin prokurorluq orqanları tərəfindən hesabat dövründə 120 cinayət işinin ibtidai istintaqı tamamlanıb. Onlardan 70-i baxılması üçün məhkəmələrə göndərilib.

Paytaxtın daxili işlər orqanlarının istintaq qurumları tərəfindən isə 3 148 cinayət işinin istintaqı tamamlanıb, 2 338 iş məhkəmələrə göndərilib.

Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 8 milyon 777 min 740 manat maddi ziyanın 6 milyon 432 min 712 manatının, yəni 73,2 faizinin ödənilməsi təmin edilib.

Müşavirədə axtarışda olan və xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində tədbirlərin intensivləşdirilməsi ilə bağlı tapşırıqlar verilib.

Vətəndaş müraciətlərinə baxılması və vətəndaşların qəbulu məsələlərinin də diqqətdə saxlanılması tapşırılıb. Xüsusilə şəhid və itkin şəxslərin ailə üzvlərinin, yaxın qohumlarının, eləcə də sağlamlığını itirmiş vətəndaşların müraciətlərinə təxirəsalınmadan baxılmasının vacibliyi vurğulanıb.

Məlumata görə, hesabat dövründə Bakı şəhər prokurorluğuna 10 573 müraciət daxil olub. Ümumilikdə 1 299 vətəndaş qəbul edilib, onlardan 173 nəfəri Bakı şəhər prokuroru tərəfindən qəbul olunub.

Müşavirədə “Elektron Prokurorluq” informasiya sisteminin tətbiqinin işin səmərəliliyinə müsbət təsiri də qeyd edilib. Prokurorluq əməkdaşlarının prosessual sənədlərin elektron formada tərtibinə və elektron sənəd dövriyyəsinə tam hazır olmalarının vacibliyi vurğulanıb.

Bundan başqa, artım dinamikası müşahidə olunan cinayətlərin profilaktikası, eləcə də ötən illərdən bağlı qalan qəsdən adam öldürmə cinayətlərinin açılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı zəruri tədbirlərin görülməsi tapşırılıb.

Həmçinin hesabat dövründə Bakı şəhər prokurorluğunun bir əməkdaşının intizam tənbehi tədbiri olaraq tutduğu vəzifədən azad edildiyi bildirilib.(modern.az)

Bənzər Xəbərlər

Cəmiyyət

İlham Əliyev Trampa təşəkkür etdi

İyul 16, 2026
Cəmiyyət

Bu kolleclərə tələbə getmir – Boş qalan plan yerlərinin SİYAHISI

İyul 16, 2026
Cəmiyyət

Bakıda açıq ərazidə yanğın olub

İyul 16, 2026
Cəmiyyət

Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək

İyul 16, 2026
Cəmiyyət

Azərbaycana ən çox gəlir gətirən meyvə-tərəvəz – SİYAHI

İyul 16, 2026
Cəmiyyət

Dövlətdən bank kartı HAZIRLIĞI

İyul 16, 2026

XƏBƏR LENTİ

İlham Əliyev Trampa təşəkkür etdi

16 İyul, 26 / 19:37

Bu kolleclərə tələbə getmir – Boş qalan plan yerlərinin SİYAHISI

16 İyul, 26 / 19:22

Bakıda açıq ərazidə yanğın olub

16 İyul, 26 / 19:08

Rusiya raketi Türkiyə gəmisini vurdu: Azərbaycanlı dənizçilər təxliyə olundu

16 İyul, 26 / 19:04

Vətəndaşlara dəyən 6,4 milyon manatlıq ziyan ödənilib

16 İyul, 26 / 18:49

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

16 İyul, 26 / 18:42

Şəhid Vüsal Vəliyevin doğum günü münasibətilə anım mərasimi keçirilib – FOTOLAR

16 İyul, 26 / 18:38

Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək

16 İyul, 26 / 18:34

Avropada istilərə görə 10 min insan ölüb

16 İyul, 26 / 18:19

Qızıl 4 min dollardan aşağı düşdü

16 İyul, 26 / 18:04
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.