Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəzərin sahəsi 7% kiçilib – dayazlaşma sürətlənir

Cəmiyyət

Xəzər dənizinin səviyyəsinin azalması sürətlənir.

Cagdas.az  xəbər verir ki, bu nəticə Rusiya Elmlər Akademiyasının Okeanologiya İnstitutunun alimlərinin apardığı araşdırmada əks olunub.

Tədqiqatın nəticələrinə görə, 1996–2025-ci illər ərzində Xəzər dənizinin su səthinin sahəsi 7,4 faiz azalıb. Bu, təxminən 28,6 min kvadrat kilometr ərazi deməkdir ki, həmin göstərici ərazi baxımından Albaniya ilə müqayisə olunur.

Alimlər bildiriblər ki, Xəzər dənizinin səviyyəsi 1995-ci ildən etibarən davamlı şəkildə enir.

Araşdırmaya əsasən, son 30 ildə dənizin orta dərinliyi təxminən 3 metr azalıb.

Mütəxəssislərin sözlərinə görə, dayazlaşma artıq ciddi problemlər yaradır. Suyun çəkilməsi nəticəsində gəmiçilik çətinləşir, limanların fəaliyyəti məhdudlaşır və sahil xətti yaşayış məntəqələrindən getdikcə uzaqlaşır.

Tədqiqatın aparıcı müəllifi Andrey Kostyanoy bildirib ki, proses nəinki dayanmayıb, hətta sürətlənib. Onun sözlərinə görə, 2005–2019-cu illərdə Xəzər dənizinin səviyyəsi ildə orta hesabla 8,2 santimetr azalırdısa, 2020–2024-cü illərdə bu göstərici təxminən üç dəfə artaraq 22,7 santimetrə çatıb.

Alimlərin proqnozlarına görə, əsrin sonuna qədər Xəzər dənizinin səviyyəsi əlavə olaraq 2 metrdən 21 metrədək enə bilər.(modern.az)