Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yay mövsümünün “ucuz” tələsi: Bir kliklə pulunuz yoxa çıxa bilər – VİDEO

Cəmiyyət

Cəmi 100 manat qarşılığında yaxta gəzintisi və ya dənizdə səhər yeməyi təklif edən sosial media səhifələri vətəndaşların diqqətini cəlb edir. Bu səhifələr insanları tələyə salaraq əvvəlcədən ödəniş tələb edir.

Pul köçürüldükdən sonra isə ya əlaqə kəsilir, ya da belə bir xidmətin, ümumiyyətlə, mövcud olmadığı üzə çıxır.

Ötən mövsüm oxşar saxta səhifələrlə bağlı tədbirlər görülsə də, bu yay eyni üsulla fəaliyyət göstərən hesabların sayı yenidən artmaqdadır.

Baku TV məsələ ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.

“Bir qədər diqqətli olmaq lazımdır. Süni intellekt dövründə yaşayırıq. İnsanlar həqiqətlə yalanı özləri ayırd etməyi bacarmalıdırlar”, – deyə sakinlərdən biri bildirib.

“Bu dövrdə fırıldaqçılar çoxdur. Belə hallara göz yummaq olmaz”, – deyə başqa bir sakin qeyd edib.

İnnovasiya texnologiyaları üzrə mütəxəssis Bəxtiyar Həsənov isə bildirib ki, belə hallarda ilk növbədə kampaniyanı təqdim edən şirkətin rəsmi olub-olmadığını araşdırmaq lazımdır:

“İlk növbədə axtarış platformaları və ya sosial media səhifələri vasitəsilə qarşınıza çıxan kampaniyanın nə dərəcədə rəsmi olduğunu yoxlamalısınız. Əksər hallarda hər hansı bir səhifə təqlid edilərək sosial mühəndislik üsulu ilə dələduzluq məqsədilə istifadə olunursa, bununla bağlı həmin şirkətin rəsmi kanallarında xəbərdarlıq yayımlanır.

Digər hallarda isə insanlara çox sadə şərtlər müqabilində böyük hədiyyələr, endirimlər və ya cəlbedici xidmətlər təklif olunur. Bu cür həddindən artıq sərfəli görünən təkliflərə şübhə ilə yanaşmaq və ödəniş etməzdən əvvəl məlumatları ətraflı yoxlamaq vacibdir”.(referans media)